İsrail ordusu Qəzza zolağının daimi işğalı üçün şiddətli hücumu çərçivəsində fələstinliləri şimal-qərbdən qovmaq əmri verib.
Avropa.info xəbər verir ki, İsrail Ordusunun sözçüsü Aviçay Adraee X sosial media platformasında Qəzza zolağının şimalında 2 şəhərin 5 məhəlləsində yaşayan fələstinlilərin məcburi köçkün edilməsi ilə bağlı xəritə paylaşıb .
Adraee bəyan edib ki, İsrail ordusu Əl-Atatira, Cibaliya əl-Baled, Əl-Şücayyə, Əd-Derec və Əl-Zeytun bölgələrində hücumlarını gücləndirəcək və genişləndirəcək.
Adraee fələstinlilərə dərhal bu əraziləri boşaltmağı və qərbə doğru hərəkət etməyi əmr etdi.
İsrail ordusu bundan əvvəl Qəzzanı daimi olaraq işğal etmək üçün “Gideonun döyüş arabaları” adlı qurudan hücuma başladığını elan etmişdi .
İsrail ordusunun Qəzza zolağının işğalını genişləndirəcək və onu daimi hala gətirəcək hücum planı fələstinlilərin Qəzzanın cənubundakı “toplama düşərgələrinə” deportasiyasını nəzərdə tutur.
Keçən həftə İsrail mətbuatında çıxan xəbərlərdə ordunun 2 ay ərzində Qəzzanın 75 faizini işğal etməyi planlaşdırdığı qeyd edilmişdi.