Fransanın səhiyyə naziri Catherine Voutrin iyulun 1-dən etibarən uşaqların olduğu parklar, çimərliklər və bağlar kimi açıq ərazilərdə siqaret çəkilməsinin qadağan ediləcəyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Fransanın səhiyyə naziri Ketrin Votrin Fransanın “Ouest-France” qəzetinə iyulun 1-dən etibarən siqaret qadağasının hansı açıq ərazilərdə tətbiq ediləcəyi barədə məlumat verib.
Vautrin bu tarixdən etibarən parklar, bağçalar, çimərliklər, avtobus dayanacaqları və uşaqların olduğu məktəb əraziləri kimi açıq ərazilərdə siqaret çəkilməsinin qadağan ediləcəyini vurğulayaraq, qadağaya əməl etməyənlərin 135 avro cərimə oluna biləcəyinə diqqət çəkib.
“Uşaqların olduğu yerdə siqaret çəkilməməlidir”
“Uşaqların olduğu yerdə siqaret çəkilməməlidir” dedi Vautrin. O vurğulayıb ki, uşaqların təmiz hava ilə nəfəs almaq hüququ başlayan yerdə siqaret çəkmək azadlığı bitir.
Qarşıdan gələn fərmanda bu qadağanın məktəblər ətrafında necə həyata keçiriləcəyinin dəqiqləşdiriləcəyini qeyd edən Vautrin, şagirdlərin məktəblərin qarşısında siqaret çəkməsinin qarşısını almaq üçün bu qadağanın orta və liseylər ətrafında da tətbiq ediləcəyini bildirib.
Milli mətbuat kafe bağlarının qadağadan azad ediləcəyini və elektron siqaretdən istifadəyə qadağanın olmayacağını bildirib.