Braziliya prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzzada həyata keçirdiyi hava hücumunda 10 uşağından 9-nu itirən fələstinli həkimin fotosunu sosial media hesabında paylaşaraq İsrailə reaksiya verib.
Avropa.info xəbər verir ki, Lula X sosial media platformasındakı paylaşımında İsrailin hücumunda 10 uşağından 9-nu itirən fələstinli qadın həkim Neccara diqqət çəkib.
“Bu, utanc verici və qorxaq bir hücumdur . İsrailin Qəzzaya endirdiyi hava hücumları nəticəsində həkim Alaa Əl-Nakkar ağır vəziyyətdə olan övladlarından yalnız birini və həyat yoldaşını sağ saxlaya bilib. Bu hadisə silahlı dövlətin müdafiəsiz mülki əhaliyə qarşı apardığı müharibənin nə qədər qəddar və qeyri-insani olduğunu açıq şəkildə göstərir”, – Lula bildirib.
Qəzzada hər gün qadın və uşaqların həyatını itirdiyini bildirən Lula, İsrailin hərəkətlərinin indi “qanuni müdafiə” və ya “terrorla mübarizə” sərhədlərini aşdığını vurğuladı.
Lula İsrailin Qəzzada başqa məqsədlər güddüyünü bildirib və əlavə edib:
“Təhlükə altında olan nə özünümüdafiə hüququ, nə terrorizmlə mübarizə , nə də HƏMAS-ın saxladığı girovları xilas etmək səyləri deyil. Bu gün Qəzzada şahidi olduğumuz şey qisasdır. Bu soyqırımın indiki mərhələsində yeganə məqsədi Fələstin xalqını əsas yaşayış şəraitindən məhrum etmək və onları qanuni torpaqlarından qovmaqdır.”
Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasser xəstəxanasında çalışan fələstinli qadın həkim İsrailin soyqırım hücumu nəticəsində 10 uşağından 9-nu itirib.