28 May – Müstəqillik Günü və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beynəlxalq Qalereyada sərgi-tədbir keçirilib.
Avropa.info xəbər verir ki, layihə rəhbəri Aygün Əzizovanın olduğu sərgidə bir qrup qazi övladı daxil olmaqla otuz nəfər rəssam iştirak edib.
Azərbaycan Dövlət Pedeqoji Universitetinin müəllimi, rəssam Səmayə Rzayeva, tanınmış rəssam Firdovsi Hacıyev də tədbirə qatılanlar arasında olub.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Müstəqillik Günü və Uşaqlar Günü münasibətilə iştirakçıları təbrik edib, tədbir barədə məlumat verib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında 44 günlük müharibə və anti-terror əməliyyatı zamanı cənab prezidentin ali baş komandanlığı altında və şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın azad olmasından danışıb. Gənclərimizə müqəddəs azərbaycan torpaqları uğrunda aparılan mübarizədən söz açıb. İştirakçılara cansağlığı, peşələrində uğurlar arzulayıb.
Sonda iştirakçılara diplomlar təltif olunub, həmçinin Beynəlxalq Qalereyanın fəaliyyətinin işıqlandırılmasında dəstək olan gənc bloggerlərə xüsusi mükafatlar təqdim olunub.
Aygün Oqtay,
Fotolar Camalındır