13 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Kriminal

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasının vətəndaşlarınin cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib

May 29, 2025
Kriminal
A A

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 29-da davam etdirilib.

Avropa .info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə prosesinin Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş terror cinayətləri və digər cinayətləri əhatə edən, habelə məhkəmə istintaqının iki fəsli üzrə zərərçəkmiş şəxslərin dindirilməsi və həmin epizodlara dair digər sənədlərin tədqiqi yolu ilə davam etdirilməsini təklif edib. Beləliklə, 2016-cı ildə, şərti olaraq “Aprel döyüşləri” adlandırılan dövrdə törədilmiş terror aktları və digər cinayətlər, eyni zamanda, 2020-ci ilin iyul ayında, şərti olaraq “Tovuz döyüşləri” adlandırılan dövrdə həyata keçirilmiş terror aktları və digər cinayətlər üzrə zərərçəkmiş şəxslərin dindirilməsinə başlanılıb.

İfadə verən zərərçəkmiş şəxs Elmir Abbasov hərbçi kimi xidmət etdiyi Tərtər rayonunda 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını bildirib.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyini, atəş açdığını söyləyib və deyib: “Bilirsiniz ki, döyüş və müharibə qanunlarına görə, hərbi bölmə yalnız hərbi bölmə ilə vuruşmalıdır. Amma onlar kəndlərə, dinc əhalinin yaşadığı ərazilərə qadağan edilmiş mərmilər, o cümlədən zəhərli, yandırıcı mərmilər atırdılar. Yəni, Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən kütləvi şəkildə istifadə edirdi.

“Şrapnel tipli” adlandırdığımız mərmilərin tərkibində çuqun qəlpələrdən əlavə, bir mərminin içərisində 2 mindən çox iynə yerləşdirilir. Bunlar elə iynələrdir ki, onların birinin insana dəyməsi belə kütləvi zəhərlənməyə səbəb ola bilər. Bizə keçirilən təlimlər zamanı videogörüntülər vasitəsilə izah edilib ki, həmin iynələr dəriyə batmadan, onlara sadəcə, əl ilə toxunmaq belə insan orqanizminə təsir göstərir və zəhərlənməyə səbəb olur”.

O, dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin vəkillərinin, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs Levon Mnatsakanyan sual verən zaman əvvəlcə Aprel döyüşlərində iştirak etdiyini bildirib və deyib: “Mən 2016-cı ildə keçirilən əməliyyatlarda iştirak etmişəm və “ordu komandiri” olmuşam. Düzünü desəm, təqdim olunanların baş verdiyini ilk dəfədir eşidirəm”.

Levon Mnatsakanyan hadisə zamanı E.Abbasovun hansı hərbi vəzifəni tutduğunu və rütbəsini soruşub. Zərərçəkmiş şəxs həmin vaxt artilleriya divizionunda batareya komandiri olduğunu, kapitan rütbəsində xidmət etdiyini deyib.

Zərərçəkmiş şəxs Abbas Allahverdiyev ifadəsində bildirib ki, yaşadığı Tap Qaraqoyunlu kəndi ermənilər tərəfindən artilleriya qurğularından və digər silahlardan mütəmadi olaraq atəşə tutulub. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında o bildirib ki, kəndin atəşə məruz qalan istiqamətində dövlət tərəfindən 2013-cü ildə daş hasar çəkilsə də, Ermənistan ordusunun atəşləri müntəzəm olaraq davam edib. 2016-cı il aprelin 2-nə keçən gecə ermənilər Ağdərə tərəfdən atəşlərə başlayıblar, aprelin 3-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin atdıqları mərmilərdən biri onun evinin həyətinə düşərək partlayıb. Nəticədə, o, sağ gözaltı nahiyəsindən yaralanıb, evinə və təsərrüfatına ciddi ziyan dəyib.

A.Allahverdiyev təqsirləndirilən şəxs David Manukyanın kəndin sərhədləri barədə suallarını da cavablandırıb. D.Manukyan kənddən İncəçayın keçib-keçmədiyini soruşub. A.Allahverdiyev kənddən İncəçayın keçdiyini bildirib.

Zərərçəkmiş şəxs Elvin Kərimov isə deyib ki, Ermənistan silahlı qüvvələri onun yaşadığı Füzuli rayonunun Alxanlı kəndini dəfələrlə ağır artilleriya atəşlərinə tutub. 2016-cı il aprelin 4-də saat 16 radələrində evlərindən həyətə çıxanda qonşusunun həyətinə mərmi düşərək partlayıb və qəlpə onun sağ dizinə dəyib. O, həmin gün xəstəxanaya çatdırılıb.

E.Kərimov Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Təranə Məmmədovanın suallarını cavablandırarkən diqqətə çatdırıb ki, kənd sakinləri təsərrüfat işləri ilə məşğul olan zaman Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar.

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan zərərçəkmiş şəxsə “Ərazidə neçə atəş mövqeyi var idi” sualını verib. E.Kərimov isə sualı “Mən atəş mövqelərini, postlarımızı saymırdım ki, bunu bilim” deməklə cavablandırıb.

Təqsirləndirilən şəxs David Babayan E.Kərimovdan kənddə neçə nəfərin yaşadığını soruşub. Zərərçəkmiş şəxs isə kənd sakinlərini dəqiq sayını bilmədiyini deyib.

Zərərçəkmiş şəxs Anar Abdullayev qeyd edib ki, yaşadığı Ağdam rayonunun Çəmənli kəndi keçmiş təmas xəttinin yaxınlığında yerləşir. Kənd Ermənistan silahlı qüvvələrinin mütəmadi atəşinə məruz qalıb. 2016-cı il aprelin 27-dən 28-nə keçən gecə həyətdə olarkən qonşuluqda yaşayan dayısı Hüseynin həyətinə mərmi düşərək partlayıb. Mərmi qəlpəsinin kürəyinə dəydiyini hiss edib və huşunu itirib, ayılanda xəstəxanada olduğunu görüb. Qonşusunun onu xəstəxanaya öz maşını ilə gətirdiyini sonradan öyrənib.

Zərərçəkmiş şəxs Sirdaş Kərimov deyib ki, yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən 2016-cı il aprelin 27-dən 28-nə keçən gecə növbəti atəşlər başlayıb. Gecə saat 3 radələrində o, qonşularından Famil Mustafayev (zərərçəkmiş şəxsin xalası oğlu), Əli Hüseynov (dayısı), Zahir Rəhimov, Anar Abdullayev və başqaları ilə birlikdə Zahirin evinin təxminən 100 metrliyindəki soğan sahəsində olublar. Həmin yerdən ermənilərin “Qrad” mərmiləri atdıqları görünüb. Saat 4 radələrində mərmilərdən biri onların yanına düşərək partlayıb. Nəticədə Famil Mustafayev hadisə yerində həlak olub, S.Kərimov da daxil olmaqla, digər şəxslər xəsarətlər alıblar. Əli Hüseynov da növbəti gün xəstəxanada vəfat edib. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında S.Kərimov söyləyib ki, həmin vaxt rayon Ermənistan silahlı qüvvələrinin intensiv atəşlərinə məruz qalıb.

Təqsirləndirilən şəxs David Manukyan S.Kərimovdan nə zaman yaralanması barədə soruşub. O isə təkrarən 2016-cı il aprelin 27-dən 28-nə keçən gecə yaralandığını deyib. D.Manukyan ondan yaşadığı kəndə 1994-cü ildən 2016-cı ilədək atəş açılıb-açılmadığını soruşub. S.Kərimov kəndin həmin illərdə atəşə tutulduğunu bildirib.

Zərərçəkmiş şəxs Zahir Rəhimov deyib ki, yaşadığı Ağdam rayonunun Çəmənli kəndində 2016-cı il aprelin 28-də gecə o, kənd sakinləri Əli Hüseynov, Famil Mustafayev, Sirdaş Kərimov və Adil Məmmədovla birlikdə olduğu yerin yaxınlığına mərmi düşərək partlayıb. Nəticədə Famil Mustafayev həlak olub, Əli Hüseynov isə ciddi xəsarətlər alıb, sonradan dünyasını dəyişib. Hadisə zamanı o, Sirdaş və Adil isə qəlpə yaraları alıblar. Düşmənin atdığı mərmilərdən biri isə onun evinin divarlarını zədələyib, pəncərələri və tövlənin damını dağıdıb, bununla da ona ziyan vurulub.

Fasilədən sonra təqsirləndirilən şəxs Davit İşxanyan söz alıb. O, digər təqsirləndirilən şəxs David Babayanla mayın 26-da keçirilmiş məhkəmə iclasının protokolları ilə tanış olmaq istədiyini bildirib.

Hakim Zeynal Ağayev erməni dilində tərcüməçinin iştirakı ilə məhkəmə iclas protokolları ilə tanış olmaq üçün şərait yaradılacağını bildirib.

Zərərçəkmiş şəxs Simran Quliyev qeyd edib ki, 2016-cı il aprelin 4-də Ermənistan silahlı qüvvələri yaşadığı ərazini iriçaplı silahlardan növbəti dəfə atəşə tutublar. Həmin gün saat 20 radələrində evlərindən çıxıb darvazadan 4-5 metr aralandığı zaman qarşısına – 20 metrlik məsafədə yerə mərmi düşərək partlayıb. Bu an o, sağ dizində kəskin ağrı hiss edib. Valideynləri onu rayon mərkəzi xəstəxanasına aparıblar. Onun dizinə top mərmisinin qəlpəsinin batdığı məlum olub.

Zərərçəkmiş şəxs Məhbub Orucova bildirib ki, 2020-ci il iyulun 17-də saat 14:30-da Qazax rayonunun Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən ərazilərdən Ermənistan silahlı qüvvələri tərəfindən atılan və reaktiv qüvvə ilə işləyən aparatın fəzada partlaması nəticəsində ayrılan hissələrdən bəziləri Qazax rayonunun Xanlıqlar kəndində onun yaşadığı evin dam örtüyünə dəyib.

O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualını cavablandırarkən kənddə və kəndin yaxınlığında heç bir hərbi hissənin olmadığını bildirib.

Zərərçəkmiş şəxs Səlminə Əliyeva söyləyib ki, 2020-ci il iyulun 17-də Ermənistan silahlı qüvvələri tərəfindən atılmış top mərmisinin qəlpələri Qazax rayonunun Xanlıqlar kəndində onun yaşadığı evin dam örtüyünə dəyib. O, prokurorların suallarını cavablandıran zaman yaşadığı kənddə hərbi hissənin olmadığını vurğulayıb.

Zərərçəkmiş şəxs Vüqar Sultanlı Tovuz döyüşlərində – 2020-ci il iyulun 14-də şəhid olan zabitlərimiz – general-mayor Polad Həşimovun, polkovnik İlqar Mİrzəyevin və digərlərinin təxliyəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, yaxınlığa düşən mərminin partlaması nəticəsində xəsarətlər aldığını bildirib. “Təxliyəmiz çətin oldu. Xüsusi vurğulamaq istəyirəm ki, düşmən artilleriyası bizim sanitar avtomobillərimizə və ümumilikdə tibb işçilərinə atəş açırdı. Bu da beynəlxalq humanitar hüquq normalarına görə, qadağandır və hərbi cinayət hesab olunur.

Təkcə şəhidlərimiz yox, yaralanan hərbi qulluqçularımızın da təxliyəsi zamanı bütün yollar düşmən tərəfindən aramsız mərmi və minaatan atəşinə tutulurdu.

Təqsirləndirilən şəxs Davit İşxanyan şəhid Polad Həşimovun həlak olması barədə sual verərkən “Eşitdiyimə görə, həm yaxşı hərbçi, həm də yaxşı insan olub” deyib və hadisənin gecə, yoxsa gündüz saatlarında baş verməsini soruşub.

Zərərçəkən şəxs isə hadisənin gündüz baş verdiyini bildirib.

Zərərçəkmiş şəxs Məhəmmədəli İmanov deyib ki, yaşadığı Ağdam rayonunun Mahrızlı kəndi mütəmadi olaraq Ermənistan silahlı qüvvələrinin atəşlərinə məruz qalıb.

“2016-cı il aprelin 27-də axşamdan yenə atəşlər başlayıb. Gecə saatlarında oğlu Anar, qonşusu Siyasət və Ədalətlə birlikdə digər qonşusu Teyyubun evinə gediblər. Aprelin 28-də saat 5 radələrində Teyyubun evinə mərmi düşüb partlayıb, nəticədə o, başından xəsarət alıb”, – deyə M.İmanov qeyd edib.

O, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın “Təkcə sizin kəndi, ya digər kəndləri də atəşə tuturdular” sualına “Bəli, digər kəndləri də atəşə tuturdular” cavabını verib.

Zərərçəkmiş şəxs Kamil Cahanov bildirib ki, 2020-ci il iyulun 17-də saat 14:30-da Ermənistan hərbçiləri tərəfindən atılmış mərminin partlaması nəticəsində ayrılan hissələrin bir qismi Qazax rayonunun Xanlıqlar kəndində onun yaşadığı evin dam örtüyünə dəyib.

“Əvvəlki vaxtlarda mən heyvan otarmağa gedəndə də Ermənistan hərbçiləri atəş açırdılar”, – deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Əziz Şirinov Qazax rayonunun Xanlıqlar kəndində yaşadığı evin Tovuz döyüşləri zamanı Ermənistan hərbçilərinin atdıqları mərminin partlaması nəticəsində zərər çəkdiyini söyləyib.

Məhkəmədə zərərçəkmiş şəxslər barəsindəki tibbi ekspertiza rəyləri də elan olunub.

Ardınca Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevi iştirakı ilə 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhali yaşayan zonaların atəşə tutulması nəticəsində öldürülmüş Azərbaycan vətəndaşları ilə bağlı hadisə yerinə baxış və digər protokolların ekspert rəyləri tədqiq edilib. Bu sıraya 1983-cü il təvəllüdlü Rəhimov Orxan Valerik oğlunun, 1990-cı il təvəllüdlü Əsədli Fərman Elçin oğlunun, 2000-ci il təvəllüdlü Həsənli Turanə Kamandar qızının, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlunun, 1967-ci il təvəllüdlü Mustafayev Famil Əli oğlunun, 1942-ci il təvəllüdlü Hüseynov Əli Müseyib oğlunun öldürülməsi, habelə digər şəxslərə xəsarət yetirilməsi ilə bağlı sənədlər, o cümlədən protokollar daxildir.

Məhkəmə prosesi mayın 30-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

 






















Əvvəlki Yazı

Peskov: İyunun 2-də İstanbulda danışıqlar aparmaq təklifimizə Ukraynadan cavab almamışıq

Növbəti Yazı

Fransada uşaqların olduğu yerlərdə siqaret çəkmək qadağandır

XƏBƏR LENTİ

Zəngəzur dəhlizinin lehinə və əleyhinə olan mövqelər və mənafelər – ARAŞDIRMA

Zəngəzur dəhlizinin lehinə və əleyhinə olan mövqelər və mənafelər – ARAŞDIRMA

12 İyun 2025 / 18:27
6
Bu şəxslər 2200 manat təqaüd alacaq

Bu şəxslər 2200 manat təqaüd alacaq

12 İyun 2025 / 18:25
3
Bakıda İLK DƏFƏ: Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi keçiriləcək

Bakıda İLK DƏFƏ: Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi keçiriləcək

12 İyun 2025 / 18:16
9
Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin

Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin

12 İyun 2025 / 18:12
4
“Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

“Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

12 İyun 2025 / 17:26
54
Azərbaycanda sosial müavinətlər artırıldı

Azərbaycanda sosial müavinətlər artırıldı

12 İyun 2025 / 17:05
4
Fikrət Qocanın 90 illlik yubileyi çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilir

Fikrət Qocanın 90 illlik yubileyi çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilir

12 İyun 2025 / 12:33
68
“Bayquş və qarovulçu” – Hekayə

“Bayquş və qarovulçu” – Hekayə

10 İyun 2025 / 21:57
12
Ümumi nəticəyə təsir göstərən mühüm MƏQAM: Bu şərtlərin qəbulu mümkün görünmür

Dövlətlə siyasi partiyalar və media arasındakı münasibətlər: Qeyri-rəsmi atmosfer yaranır

10 İyun 2025 / 19:58
83
“İnsan hüquqları və sosial ədalət” adlı veblioqrafiya təqdim edilib

“İnsan hüquqları və sosial ədalət” adlı veblioqrafiya təqdim edilib

10 İyun 2025 / 17:25
90
Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim edir -VİDEO\FOTOLAR

Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim edir -VİDEO\FOTOLAR

10 İyun 2025 / 13:51
19
Mediada ədəbi dil normalarının pozulması: Mövcud vəziyyət və müdafiə mexanizmləri

Mediada ədəbi dil normalarının pozulması: Mövcud vəziyyət və müdafiə mexanizmləri

10 İyun 2025 / 13:48
8
İnsan alverinə qarşı mübarizənin əsas istiqamətləri müzakirə edildi – FOTOLAR

İnsan alverinə qarşı mübarizənin əsas istiqamətləri müzakirə edildi – FOTOLAR

10 İyun 2025 / 13:44
7
Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

Tramp Netanyahuya: İranla danışıqlar aparmalısınız

10 İyun 2025 / 7:43
1
Nigeriyada partlayış nəticəsində 6 nəfər ölüb

Nigeriyada partlayış nəticəsində 6 nəfər ölüb

10 İyun 2025 / 7:28
61
Madleen sərnişini Şuayb: İsrailin müdaxiləsi halında sülhsevər olacağıq

 İsrail “Madlin” fəallarını deportasiya edir

10 İyun 2025 / 7:21
50
Baş Prokuror Kamran Əliyev Keniya Prezidenti Uilyam Ruto ilə görüşüb

Baş Prokuror Kamran Əliyev Keniya Prezidenti Uilyam Ruto ilə görüşüb

09 İyun 2025 / 19:26
67
Trampın venesuelalı miqrantları deportasiya etməsi qeyri-qanuni adlandırılıb 

Tramp əsgərlərə Los Angeles etirazlarına qoşulmağı əmr edib

09 İyun 2025 / 14:07
25
Ukraynanın birinci xanımı Zelenskaya Azərbaycanla bağlı açıqlama verib

Ukraynanın birinci xanımı Zelenskaya Azərbaycanla bağlı açıqlama verib

09 İyun 2025 / 13:57
16
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə

09 İyun 2025 / 13:46
37
“Yaşamaq uğrunda mübarizə davam edir”

“Yaşamaq uğrunda mübarizə davam edir”

09 İyun 2025 / 13:37
56
“İncəsənət sərhəd tanımır” adlı sərgi-tədbir keçirildi – FOTO

“İncəsənət sərhəd tanımır” adlı sərgi-tədbir keçirildi – FOTO

09 İyun 2025 / 10:43
68
İsrail ordusunun Qəzzaya hücumu  nəticəsində 39 Fələstinli həlak olub -Foto -Video

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 39 Fələstinli həlak olub -Foto -Video

09 İyun 2025 / 10:04
69
İsrail əsgəri Qəzzada döyüşməkdən imtina etdiyi üçün həbs cəzasına məhkum edilib

İsrail əsgəri Qəzzada döyüşməkdən imtina etdiyi üçün həbs cəzasına məhkum edilib

09 İyun 2025 / 9:30
54
London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən “Qantas Airlines” təcili Bakıya eniş edib

London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən “Qantas Airlines” təcili Bakıya eniş edib

09 İyun 2025 / 9:21
62
Rusiyanın bir sıra hava limanlarında uçuşlar bərpa edildi

Rusiyanın bir sıra hava limanlarında uçuşlar bərpa edildi

09 İyun 2025 / 9:10
36
Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

09 İyun 2025 / 9:04
72
Fidan Rutte ilə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etdi

Fidan Rutte ilə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etdi

09 İyun 2025 / 8:38
52
Dünyanın müxtəlif ölkələrindən minlərlə fəal Qəzza üçün Qahirədə toplaşacaq

Dünyanın müxtəlif ölkələrindən minlərlə fəal Qəzza üçün Qahirədə toplaşacaq

09 İyun 2025 / 8:32
59
Almaniya stansiyaları və avtomobil parklarını müharibə riskinə qarşı sığınacaqlara çevirəcək

Almaniya stansiyaları və avtomobil parklarını müharibə riskinə qarşı sığınacaqlara çevirəcək

09 İyun 2025 / 8:23
30
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.