Ağdaşda qatarla toqquşan “Mercedes” markalı minik avtomobilində olan və müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralılar Ucar rayonu Qazıqumlax kənd sakinləri olub.
1994-cü il təvəllüdlü Emil Lətifov, 1996-cı il təvəllüdlü Xasməmmədov Pərvin Nizami oğlu və 1988-ci il təvəllüdlü Şirinov Ceyhun Tanrıverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
****
Ağdaş rayonunda avtomobil dəmiryolu keçidində qatara çırpılıb.
Avropa.info xəbər verir ki, hadisə az öncə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.
İlkin məlumata görə, maşının qatarla toqquşması nəticəsində 3 nəfər ağır xəsarət allb.
Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma başlanıb.