Rusiya Prezidenti Vladimir Putin sülh bağlamağa hazırdır, lakin heç də “nəyin bahasına olursa olsun” yox.
Avropa.info xəbər verir ki, bu sözləri Kremlin mövqeyi ilə ən yüksək səviyyədə tanış olan rus mənbəsi “Röyters”ə bildirib.
Danışıqlardan xəbəri olan üç mənbə bildirib ki, Putin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişləndirilməyəcəyi və Ukrayna, Gürcüstan, eyni zamanda Moldovanın alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik almaq istəyir.
Bundan əlavə, Rusiyanın tələbləri arasında aşağıdakılar var:
– Ukrayna üçün neytral status;
– bəzi Qərb sanksiyalarının ləğvi;
– dondurulmuş aktivlər məsələsinin həlli;
– Ukraynanın rusdilli sakinlərinin müdafiəsi.
Putin həmçinin ərazi məsələsində də qəti mövqe sərgiləyir. İndi o, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam halda Rusiyanın nəzarəti altına keçməsini istəyir. Halbuki bu vilayətlərin heç də bütün ərazisi Rusiya ordusunun işğalı altında deyil