Araz Musayev bıçaqlanıb Türkiyədə bıçaqlanıb -Video

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

Avropa.info xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Hadisə ilə bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Olayın hansı şəraitdə baş verdiyi məlum deyil.

Xatırladaq ki, Araz Musayev barəsində mətbuatda bir neçə qalmaqallı məqalə yayımlanmışdı. Jurnalistləri hədələdiyi üçün Araz Musayev ötən il fövqəladə hallar orqanlarından xaric edilib.

XƏBƏR LENTİ