Kriptovalyuta investorları ABŞ Prezidenti Donald Trampın onlar üçün təşkil etdiyi özəl şam yeməyindən narazı qalıblar.
Avropa.info xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Belə ki, Tramp mayın 22-də Virciniya qolf klubunda $TRUMP kriptovalyutasının 220 nəfər sərmayədarı üçün xüsusi şam yeməyi verib.
Qonaqlar şam yeməyinə adambaşına 1,7 milyon dollar xərcləyiblər. Lakin onlar verilən yeməklərin keyfiyyətini tənqid ediblər.
İnvestorlara Trampın loqosu olan boşqablarda yeməklər təqdim edilib. Amma yeməklərin görünüşü və tərəvəzlərin az olması qəbulda iştirak edənlərin mənfi reaksiyasına səbəb olub.
Onlardan birinin sözlərinə görə, yeganə yaxşı yemək yağ və çörək olub.
Həmçinin Tramp “Marine One” restoranında 23 dəqiqəlik çıxış edəndən sonra oranı tərk edib. Onun çıxışını da əlaqəsiz qiymətləndiriblər.

