Məlum olduğu kimi, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif bu gün Azərbaycana gəlib. Onu Laçın Beynəlxalq Hava Limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar. Baş nazir həmin aeroportda qarşılanan ilk ali qonaq olub.
“Qafqazinfo” xəbər verir ki, Pakistanın “Islamabad Insider” portalı ölkə liderinin Laçın aeroportunda qarşılanma anının görüntülərini yayıb.
Videodan Ş.Şərifin səmimi və mehriban mühitdə qarşılandığı görünür.
Həmin görüntüləri təqdim edirik: