Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsi başlayacaq.
Avropa .info xəbər verir ki, bu mərhələnin ilk oyun gününə 4 matç nəzərdə tutulub.
A qrupunu lider kimi başa vuran Azərbaycan millisi B qrupunun ikincisi olan Rumıniya ilə qarşılaşacaq. Görüş saat 20:30-da başlayacaq.
Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0).
17:30. İngiltərə – Bolqarıstan
19:00. Portuqaliya – Macarıstan
20:30. Azərbaycan – Rumıniya
22:00. Fransa – Mavritaniya
Qedy edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.