13 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Azər Rəşidoğlu: “Sevindiricidir. Arxanda DÖVLƏT dayanır”

May 26, 2025
Cəmiyyət, Manşet
A A
Bir müddətdir ciddi onkoloji  xəstəlikləı mübarizə aparan tanınmış jurnalist və siyasi icmalçı Azər Rəşidoğlu sosial şəbəkə səhifəsində paylaşım edib.
Avropa.info xəbər verir ki, jurnalist çətin anlarında ona dəstək olan insanlara təşəkkür edib.
“Tanıyanlar bilir ki, heç kəsi mənfi yükləməyi sevmirəm. Doğmamın yasına gələni də neqativ yükləmədən, kədərimi gizlədərək qarşılamışam, xəstəxanaya ziyarətimə gələni də. Son aylar ərzində məndən asılı olmayan səbəblər üzündən xəstəliyimlə bağlı statuslarım üstünlük təşkil edir. İnanın ki, neqativ yüklü məlumatlara hamıdan çox özüm üzülürəm. Lakin səhhətimlə maraqlanan, mənəvi yardım edən hər kəsə təşəkkür borcumu ödəmək, onlardan halallıq almaq istəyirəm. Dostlarım müalicəmlə bağlı cənab Prezidentə və Birinci Vitse-Prezidentə müraciət edəndə də xeyli tərəddüd etdim və “Qazilərimizin müalicəyə ehiyacı var” dedim. Xəstəlik irəliləyirdi və odur ki, müalicəni gecikdirmək olmazdı. Əgər ömür vəfa etsə, bütün bunları yazmağa başladığım kitaba daxil edəcəyəm. Bəzi həkimlərin, hətta vətəndaş cəmiyyətində “müstəqil fikirli” hesab etdikləri Hippokrat andı içənlərin mənə vurduğu maddi və mənəvi ziyanları açıqlayacam və adlar çəkəcəyəm.
İndi bəzi şəxslərə təşəkkür borcumu ödəmək istəyirəm. Milli Məclisin deputatları – Aqil Abbas, Razi Nurulla, Elçin Mirzəbəyli, Erkin Qədirli mənimlə bağlı edilən müraciətə dərhal imza atdılar. Xalq artisti Mehriban Zəki, QHT rəhbərləri, ziyalılara sonsuz təşəkkürlərim var.
Media rəhbərləri, jurnalistlər daim məsələni diqqətdə saxladılar. Lakin… Yaxşılıq edənləri sadalamaqla, yaxşılıq etməkdən imtina edənləri də yada salmaq lazım gəlir. Bir media kapitanı açıq şəkildə müraciətə imza atmaqdan imtina etdi. Cəmi bir nəfər. “General”. İncimirəm və haqqımı halal edirəm. Amma bir məqam var ki, onu qeyd etməyə borcluyam.
Dostların yardımı gözləniləndir. Bəs dost olmayanın?! Jurnalist Eynulla Fətullayevlə münasibətlərimizdə son vaxtlar anlaşılmazlıq olub. Lakin bu məsələdə şəxsən Eynulla bəyin və onun rəhbərlik etdiyi saytın diqqətini daim hiss etdim. Haqqın. az saytına təşəkkürümü bildirirəm. Eynulla Fətullayevin soyuq münasibətdə olduğu bir sıravi jurnalistə elədiyi yaxşılığın bir adı var – KİŞİLİK! Kişilik ancaq dastanlarda qalmayıbmış.
Müdirim Zahir Əzəmətə və doğma Qaynarinfo-ya sonsuz təşəkkürlər!
Maddi və mənəvi problemlər içində çabalayan bir jurnalistə Heydər Əliyev Fondunun etdiklərinin miqyası ölçülə bilməz. Söhbət tək maddi yardımdan da getmir. Təsəvvür edin, gecə saat 3-də otelə girirsən və texniki problem yaranır və Fondun nümayəndəsini yuxudan oyadırsan və bir doğman kimi dərhal yardım edir, sabahın açılmasını belə gözləmir. Sonra öyrənirsən ki, sən tək deyilsən, qazilər, başqa müalicə alanlar eyni qayğı ilə üzləşib. Sevindiricidir. Arxanda DÖVLƏT dayanır.
Məni Türkiyəyə yola salanda Fondun səlahiyyətlisi lazım gələrsə, ABŞ, Almaniyaya belə göndərə biləcəklərini dedi – “Bu, mənim yox, cənab Prezidentin tapşırığıdır, siz sağalana qədər Dövlət yanınızda olacaq. Cənab Prezident şəxsi nəzarətinə götürüb müalicəni”…
Türkiyəyə ayaq basan kimi Fondun nümayəndələri qarşılayır, otelə yerləşdirir, həkim müayinəsi, dərmanlar, müalicə – hamısı ödənilir. Ən əsası hər an zəng gəlir – “nə probleminiz var? Dövlət arxanızdadır!..” –  deyə A.Rəşidoğlu qeyd edib.
Əvvəlki Yazı

Bir ayın əsgəri iynədən şoka düşüb öldü – FOTO

Növbəti Yazı

“Təmiz Dünya” mükafatlandırıldı: Ukraynadan son beş ildə ilk dəfə…

XƏBƏR LENTİ

Zəngəzur dəhlizinin lehinə və əleyhinə olan mövqelər və mənafelər – ARAŞDIRMA

Zəngəzur dəhlizinin lehinə və əleyhinə olan mövqelər və mənafelər – ARAŞDIRMA

12 İyun 2025 / 18:27
6
Bu şəxslər 2200 manat təqaüd alacaq

Bu şəxslər 2200 manat təqaüd alacaq

12 İyun 2025 / 18:25
3
Bakıda İLK DƏFƏ: Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi keçiriləcək

Bakıda İLK DƏFƏ: Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi keçiriləcək

12 İyun 2025 / 18:16
9
Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin

Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin

12 İyun 2025 / 18:12
4
“Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

“Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

12 İyun 2025 / 17:26
54
Azərbaycanda sosial müavinətlər artırıldı

Azərbaycanda sosial müavinətlər artırıldı

12 İyun 2025 / 17:05
4
Fikrət Qocanın 90 illlik yubileyi çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilir

Fikrət Qocanın 90 illlik yubileyi çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilir

12 İyun 2025 / 12:33
68
“Bayquş və qarovulçu” – Hekayə

“Bayquş və qarovulçu” – Hekayə

10 İyun 2025 / 21:57
12
Ümumi nəticəyə təsir göstərən mühüm MƏQAM: Bu şərtlərin qəbulu mümkün görünmür

Dövlətlə siyasi partiyalar və media arasındakı münasibətlər: Qeyri-rəsmi atmosfer yaranır

10 İyun 2025 / 19:58
83
“İnsan hüquqları və sosial ədalət” adlı veblioqrafiya təqdim edilib

“İnsan hüquqları və sosial ədalət” adlı veblioqrafiya təqdim edilib

10 İyun 2025 / 17:25
90
Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim edir -VİDEO\FOTOLAR

Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim edir -VİDEO\FOTOLAR

10 İyun 2025 / 13:51
19
Mediada ədəbi dil normalarının pozulması: Mövcud vəziyyət və müdafiə mexanizmləri

Mediada ədəbi dil normalarının pozulması: Mövcud vəziyyət və müdafiə mexanizmləri

10 İyun 2025 / 13:48
8
İnsan alverinə qarşı mübarizənin əsas istiqamətləri müzakirə edildi – FOTOLAR

İnsan alverinə qarşı mübarizənin əsas istiqamətləri müzakirə edildi – FOTOLAR

10 İyun 2025 / 13:44
7
Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

Tramp Netanyahuya: İranla danışıqlar aparmalısınız

10 İyun 2025 / 7:43
1
Nigeriyada partlayış nəticəsində 6 nəfər ölüb

Nigeriyada partlayış nəticəsində 6 nəfər ölüb

10 İyun 2025 / 7:28
61
Madleen sərnişini Şuayb: İsrailin müdaxiləsi halında sülhsevər olacağıq

 İsrail “Madlin” fəallarını deportasiya edir

10 İyun 2025 / 7:21
50
Baş Prokuror Kamran Əliyev Keniya Prezidenti Uilyam Ruto ilə görüşüb

Baş Prokuror Kamran Əliyev Keniya Prezidenti Uilyam Ruto ilə görüşüb

09 İyun 2025 / 19:26
67
Trampın venesuelalı miqrantları deportasiya etməsi qeyri-qanuni adlandırılıb 

Tramp əsgərlərə Los Angeles etirazlarına qoşulmağı əmr edib

09 İyun 2025 / 14:07
25
Ukraynanın birinci xanımı Zelenskaya Azərbaycanla bağlı açıqlama verib

Ukraynanın birinci xanımı Zelenskaya Azərbaycanla bağlı açıqlama verib

09 İyun 2025 / 13:57
16
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə

09 İyun 2025 / 13:46
37
“Yaşamaq uğrunda mübarizə davam edir”

“Yaşamaq uğrunda mübarizə davam edir”

09 İyun 2025 / 13:37
56
“İncəsənət sərhəd tanımır” adlı sərgi-tədbir keçirildi – FOTO

“İncəsənət sərhəd tanımır” adlı sərgi-tədbir keçirildi – FOTO

09 İyun 2025 / 10:43
68
İsrail ordusunun Qəzzaya hücumu  nəticəsində 39 Fələstinli həlak olub -Foto -Video

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 39 Fələstinli həlak olub -Foto -Video

09 İyun 2025 / 10:04
69
İsrail əsgəri Qəzzada döyüşməkdən imtina etdiyi üçün həbs cəzasına məhkum edilib

İsrail əsgəri Qəzzada döyüşməkdən imtina etdiyi üçün həbs cəzasına məhkum edilib

09 İyun 2025 / 9:30
54
London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən “Qantas Airlines” təcili Bakıya eniş edib

London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən “Qantas Airlines” təcili Bakıya eniş edib

09 İyun 2025 / 9:21
62
Rusiyanın bir sıra hava limanlarında uçuşlar bərpa edildi

Rusiyanın bir sıra hava limanlarında uçuşlar bərpa edildi

09 İyun 2025 / 9:10
36
Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

09 İyun 2025 / 9:04
72
Fidan Rutte ilə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etdi

Fidan Rutte ilə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etdi

09 İyun 2025 / 8:38
52
Dünyanın müxtəlif ölkələrindən minlərlə fəal Qəzza üçün Qahirədə toplaşacaq

Dünyanın müxtəlif ölkələrindən minlərlə fəal Qəzza üçün Qahirədə toplaşacaq

09 İyun 2025 / 8:32
59
Almaniya stansiyaları və avtomobil parklarını müharibə riskinə qarşı sığınacaqlara çevirəcək

Almaniya stansiyaları və avtomobil parklarını müharibə riskinə qarşı sığınacaqlara çevirəcək

09 İyun 2025 / 8:23
30
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.