23 may 2025-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə minifutbol idman növü üzrə rayon turnirinə yekun vuruldu. 11 komandadan 150-ə qədər idmançının mübarizə apardığı, 1 may 2025-ci il tarixdən start götürmüş turnirin final oyununda Üfüq və Kəndəbil kənd komandası üz-üzə gəldi. Kəndəbil komandası 5-4 hesabı ilə üstün olaraq turnirin qalibi oldu. Turnirin bağlanış mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadə, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri Əvəz Soltanov çıxış edərək ölkəmizdə o cümlədən rayonumuzda idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışaraq cənab prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Turnirdə I və II yeri tutmuş komandalara Zərdab Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin kubok, medal, diplomları və qiymətli hədiyyələri təqdim olundu.