Ölkəmizdə akkreditə olunmuş 19 xarici ölkənin hərbi attaşesi və onların ailə üzvləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində “Badamlı” Mineral Sular Zavodunu ziyarət ediblər.
“Qafqazinfo” xəbər verir ki, səfər zamanı qonaqlar zavodun müasir istehsal prosesi, keyfiyyətə nəzarət sistemləri və məhsul çeşidləri ilə yaxından tanış olublar.
Qeyd ki, 1947-ci ildən fəaliyyət göstərən “Badamlı” Mineral Sular Zavodu Azərbaycanın ilk qablaşdırılmış süfrə suyu istehsalçısıdır. Bu mineral suları orqanizmin mineral və elektrolit balansını təmin etməyə kömək edir, həzm sistemini yaxşılaşdırır və mədə turşuluğunu tənzimləyir. Tərkibindəki minerallar sümük və diş sağlamlığını dəstəkləyir, həmçinin dəriyə və ümumi bədən funksiyalarına müsbət təsir göstərir.
Eyni zamanda “Badamlı” mineral suları təbiilik və keyfiyyət sertifikatları sayəsində sağlam həyat tərzini dəstəkləyən etibarlı su mənbəyidir.