Rusiya ordusunun döyüş meydanında minimal uğurlarına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp Kreml tərəfindən irəli sürülən gündəliyə doğru ciddi diplomatik dönüş edib.
Avropa.info xəbər verir ki, bu barədə “Blumberq” nəşrinin məqaləsində qeyd olunub.
Nəşr qeyd edib ki, amerikalı həmkarı ilə danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin vaxt udmağa çalışıb – və buna nail olub, çünki telefon danışığından sonra Tramp atəşkəsin bərpası və sanksiya hədələrindən imtina etdiyini açıq şəkildə bildirib.
Qapalı görüşlərdən xəbərdar olan şəxslərin sözlərinə görə, Tramp müttəfiqləri ilə gizli görüşlərdə Rusiyanın qalib gələcəyinə əmin olduğunu bildirib və Kremlin bir sıra tezislərini təkrarlayıb. Bu isə Avropada narahatlıq yaradıb, çünki bu, ABŞ-ın tez bir sülh razılaşmasına nail olmaq barədə irəli sürdüyü öhdəliklərdən geri çəkildiyinə işarədir.
Məqalədə bildirilir ki, Tramp dəfələrlə Zelenskini tənqid edib – bu xüsusilə Oval ofisdə açıq şəkildə görünürdü – amma buna baxmayaraq, Putinə qarşı ciddi təzyiq göstərməyib. Bunu isə onun, Putin qeyd-şərtsiz atəşkəsdən imtina edəcəyi halda belə əlavə sanksiyalarla hədələməkdən imtina etməsi sübut edir.