“Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Qalası: Təhsil və Sağlamlıq” layihəsinin icrasına başlayıb.
Avropa.info xəbər verir ki, layihənin əsas məqsədi regionlarda eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin maarifləndirilməsi üçün jest dilində sağlam həyatın təbliği, narkomaniya bəlası yönündə maarifləndirmə işinin aparılmasından və erkən evliliyə qarşı mübarizə aparmaqdan ibarətdir.
Sözügüdən layihənin icrası 3 ay müddətində (01.05.2025-31.07.2025) Bakı şəhəri və Abşeron rayonlarında həyata keçirilməsi nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirib.