Sabirabadda qətl hadisəsi baş verib.
Avropa.info xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Seyidrəsul Mirmöhsün oğlu Talıbzadə aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.
Hazırda Kür çayında meyitin axtarışları aparılır.
Faktla bağlı araşdırma gedir