Milli Kəşfiyyat Təşkilatının (MİT) başqani İbrahim Kalın Suriya prezidenti Əhməd Şara, xarici işlər naziri Əsəd Həsən Şeybani və Kəşfiyyat Təşkilatının Suriyadakı direktoru Hüseyn Es-Selame ilə görüşüb.
Avropa.info xəbər verir ki, Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Kalın dünən Suriyada Suriya prezidenti Şara, xarici işlər naziri Şeybani və Kəşfiyyat Təşkilatının direktoru Salame ilə görüşüb.
Türkiyə ilə Suriya arasında ikitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinin əhəmiyyəti vurğulanıb və Türkiyənin hər zaman Suriyanın yanında olacağı təsdiqlənib.
Görüşdə terror təşkilatı PKK/YPG-nin də digər qruplar kimi silahlarını yerə qoyması və yeni Suriyaya inteqrasiyası, sərhəd təhlükəsizliyi və gömrük qapılarının, həmçinin İŞİD üzvlərinin yerləşdiyi həbsxana və düşərgələrin idarəyə təhvil verilməsi kimi məsələlər müzakirə edilib, Türkiyənin Dəməşq rəhbərliyinə hər cür dəstəyi verməyə hazır olduğu bildirilib.
Regional hadisələrin müzakirə edildiyi görüşdə İsrailin Suriyaya hücumları və hava pozuntuları və Suriyaya qarşı bütün sanksiyaların aradan qaldırılması, DEAŞ-la mübarizə, suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə ölkələrinə qayıtmaları da müzakirə edilib.