Fransada həbsxanalara qaçaq yolla gətirilən telefonların müxtəlif yollarla toplanması üçün ölkə daxilində əməliyyatın başladığı açıqlanıb.
Avropa.info xəbər verir ki, Milli mətbuatda yer alan xəbərlərə görə, Paris prokuroru Laure Beccuau verdiyi yazılı açıqlamada ölkə daxilində 66 həbsxanada əməliyyat başladığını açıqlayıb.
Açıqlamada deyilir ki, əməliyyatlar “bir Çin şirkəti tərəfindən buraxılan və Fransada satılan mini telefonları toplamaq” məqsədi daşıyır.
Əməliyyatın qeyri-qanuni əməliyyatlara və oğurlanmış malların alınmasına şərait yaradan platformanın istintaqı çərçivəsində başladığı və “təcridxanaların girişində aşkar edilməyəcək şəkildə satılan” minlərlə telefonun ələ keçirilməsinə yönəldiyi bildirilir.