02 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Təhsil

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib

May 19, 2025
Təhsil
A A

Bakı Dövlət Universitetində “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib.

Avropa.info xəbər verir ki,  Bakı Dövlət Universiteti (BDU) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib.

AQUPDK-nın sədri Bahar Muradova qeyd edib ki, ailə institutu təkcə Azərbaycanda deyil, bütün dünyada cəmiyyətin əsas sütunlarından biridir. Ənənəvi ailə dəyərlərinin tədris mühitinə inteqrasiyası, ailə və təhsil sistemlərinin qarşılıqlı fəaliyyəti cəmiyyətin uzunmüddətli inkişafında həlledici rol oynayır: “Dövlət Komitəsi ölkədə ailə dəyərlərinin qorunması istiqamətində ciddi addımlar atır. Hazırda ölkə başçısının tapşırığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yeni “Ailə konsepsiyası” hazırlanır. Bu, yalnız strateji yol xəritəsi deyil, ailə dəyərləri, milli-mənəvi bağlarla bağlı bütün məsələləri özündə əks etdirən sənəd olacaq. Ailə dəyərlərinin pozulması dövlətin təhlükəsizliyinə, milli maraqlarımıza birbaşa təhdiddir. Biz bu sahədə təhsil müəssisələrinin, ictimai təşkilatların, elmi ictimaiyyətin və dövlət strukturlarının birgə fəaliyyətini zəruri hesab edirik. Bu baxımdan ali təhsil müəssisələrinin flaqmanı olan Bakı Dövlət Universitetinin böyük potensialı var. Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən BDU bu prosesə mühüm töhfə verə bilər”.

Komitə sədri diqqətə çatdırıb ki, bu istiqamətdə ali təhsil müəssisələri ilə sistemi işlər həyata keçirilir, ailə dəyərləri ilə bağlı mexanizm təkmilləşdirilir: “Birgə müzakirələr, açıq fikir mübadiləsinə çevrilən belə platformalar məsələnin həlli üçün ən real vasitədir”.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, hər bir xalqın ən qiymətli sərvəti onun keçmişi ilə bu gününü birləşdirən, kimliyini yaşadan milli-mənəvi dəyərləridir. Rektor bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rola malik olduğunu bildirib: “Heydər Əliyev Fondu xalqımızın qədim tarixinin və zəngin mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması ilə yanaşı, milli-mənəvi dəyərlərimizin, adət və ənələrimizin geniş təbliği istiqamətində əvəzsiz işlər görür. Nəcib və xeyirxah addımları ilə hər bir ölkə vətəndaşına, xaricdə yaşayan soydaşlarımıza tükənməz qürur hissi yaşadır”.

Elçin Babayev milli dəyərlərin məktəblərdə təbliği və tədrisinin şagird və tələbələrin milli kimliklərinin formalaşmasında, cəmiyyətdə sağlam münasibətlər qurmasında təkzibolunmaz amil olduğunu qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə milli-mənəvi dəyərlərlə bağlı dövlət siyasətini açıq ifadə edib: “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.  Bu fikirləri əsas tutan BDU-da hazırda milli-mənəvi dəyərlərin təbliği prosesinə xüsusi diqqət ayrılır. BDU-nun sosial fəaliyyət üzrə illik fəaliyyət planlarında təhsilalanlara milli-mənəvi dəyərlərin təbliği istiqamətində müntəzəm tədbirlərin keçirilməsi öz əksini tapır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin üzvü Mehriban Vəliyeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və BDU-nun Psixologiya kafedrasının müəllimi Emiliya İgidova çıxışlarında ailə institutunun nüfuzunun qorunması, inkişafı, cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi, gənc nəsil arasında təbliğ olunmasının vacib olduğunu bildirib, bu məsələlərin təhsil prosesində əksinin günün tələbinə çevrildiyini qeyd ediblər.

Sonra mövzu ilə bağlı tədbir iştirakçılarının təklifləri dinlənilib, müzakirələr aparılıb

Əvvəlki Yazı

Fransada taksi sürücüləri etiraz aksiyası keçirib

Növbəti Yazı

Sançes İsraili Eurovision kimi beynəlxalq yarışmalara qadağa qoymağa çağırır

XƏBƏR LENTİ

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

01 İyul 2025 / 19:26
13
Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

01 İyul 2025 / 15:00
5
QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

01 İyul 2025 / 14:54
10
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

01 İyul 2025 / 13:33
22
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

01 İyul 2025 / 9:01
27
Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
9
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
15
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
32
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
19
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
26
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
39
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
30
SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

30 İyun 2025 / 13:03
19
DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakınin Qaradağ rayonunda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

30 İyun 2025 / 12:57
41
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

30 İyun 2025 / 10:23
24
Serbiyada etirazlar səngimir, küçələr bağlanır

Serbiyada etirazlar səngimir, küçələr bağlanır

30 İyun 2025 / 9:05
35
Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

30 İyun 2025 / 8:56
49
Antalyada meşə yanğını baş verib

Antalyada meşə yanğını baş verib

30 İyun 2025 / 8:49
37
Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

Putinin əli azərbaycanlıların qanına batıb – AzTV

30 İyun 2025 / 8:34
67
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

30 İyun 2025 / 8:19
61
Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

30 İyun 2025 / 8:10
15
Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

30 İyun 2025 / 7:50
57
Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

29 İyun 2025 / 16:19
21
Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

29 İyun 2025 / 16:03
37
Professor İlham Rəhimov: “Qod Nisanovun Azərbaycanda hər hansı bir layihəsi olsaydı, məlumatım olardı”

İlham Rəhimovdan Rusiyada soydaşlarımıza qarşı törədilmiş cinayətə reaksiya

29 İyun 2025 / 12:45
32
İsrail Livanın cənubunu hədəfə alıb

İsrail Livanın cənubunu hədəfə alıb

29 İyun 2025 / 8:45
29
Avstriyada Fələstinə dəstək nümayişi -Foto

Avstriyada Fələstinə dəstək nümayişi -Foto

29 İyun 2025 / 8:31
36
Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

28 İyun 2025 / 18:51
16
Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

28 İyun 2025 / 13:37
5
Yekaterinburqda keçirilən əməliyyatda 9 azərbaycanlı saxlanıldı – YENİLƏNİB 2

Rusiyanın Yekaterinburq şəhərində olan hadisənin detalları ilk dəfə açıqlandı: Qətl, kişi və qadınlara işgəncə, 70 nəfərin həbsi olunmasi

28 İyun 2025 / 13:32
49
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.