“Mən prezident Tramp və Putinin bu mövzuda birbaşa qarşılıqlı əlaqəyə girməyənə qədər burada bir irəliləyiş əldə edəcəyimizi düşünmürəm”.
Avropa.info xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında Rusiya-Ukrayna, Qəzza və Suriya gündəmindən danışıb.
ABŞ dövlət katibi Marko Rubio Suriyada sülh və sabitliyi dəstəkləməyə hazır olduqlarını ifadə edərək, bu mərhələdə Türkiyə də daxil olmaqla, istəkli regional tərəfdaşların olmasının vacibliyini vurğulayıb.
Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya ilə Ukrayna arasında keçiriləcək sülh danışıqlarından bəhs edən Rubio ABŞ nümayəndə heyətinin Ukrayna nümayəndə heyəti ilə görüşəcəyini və danışıqlara qatılacağını qeyd edib. O qeyd edib ki, prezident Tramp bu müharibəni sona çatdırmaq üçün səbirsizliklə gözləyir.
İstanbulda konkret irəliləyiş olmadığı təqdirdə ABŞ-nin vasitəçilikdən çəkilmə ehtimalı ilə bağlı Rubio deyib:
“Açığını deyim ki, Tramp və Putin üz-üzə oturub niyyətlərinin nədən ibarət olduğunu müəyyən etməyənə qədər burada irəliləyişə nail olacağımıza inanmıram. Burada irəliləyiş əldə etməyin yeganə yolu Trampın Putinlə üz-üzə oturub sülhə gedən yolun olub-olmadığını və əgər varsa, bunun nə olduğunu birdəfəlik müəyyən etməsidir”