Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avropa.info xəbər verir ki, 1975-ci təvəllüdlü Şıxveledov İmiraslan Şıxveledoviç idarə etdiyi “Volvo” markalı maşınla Xəzər rayonunda hərəkətdə olarkən yolu keçmək istəyən 50 yaşlı piyada Sabir Hüseynovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.