Vətən müharibəsi Şəhidi polkovnik-leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli vəfat edib.
Avropa.info xəbər verir ki, Səlbi Cəfərlinin ölümünə səbəb kəskin böyrək çatışmazlığı olub. Həkimlərin bütün səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Səlbi balamızın ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Avropa.info