03 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Məsafə – uzaqlıqdır. Amma Ağdam uzaq deyil axı. Uzaq ola bilməz. Ağdam yaxındır, çox yaxındır

May 11, 2025
Manşet
A A

Bakıdan Ağdama neçə kilometrdir yol?

Cəmi 389.30 km…

Səhər o başdan avtomobilə əyləşsən, günorta olmadan Ağdama çatarsan. Uzağı 4-5, bəlkə 5-6 saata.

Yəni arada o qədərlik məsafə var.

Məsafə – uzaqlıqdır. Amma Ağdam uzaq deyil axı. Uzaq ola bilməz. Ağdam yaxındır, çox yaxındır…

Sanki ürəyinin içindədir, dopdoğma, özündən, canından bir parça. Əlini uzatsan çatar.

Hətta ürəyinin də yox, ovcunun içindədir. Sıxmağa ürək eləməzsən ki, əzilər…

Ağdam o qədər təzədir ki, bünövrəsi, qumu-sementi, çınqılı bəlkə də hələ tam bərkiməyib. Günəş ehtiyatla qurudur ki, yandırmasın, incitməsin, ağrıtmasın…

Ağdam ağ şəhərdir, ağrılı şəhərdir, gözəl şəhərdir…

Ağdamdakı ehtişam son dərəcə işıqlı və rənglidir. Buradakı işıqlardan və rənglərdən başqa heç yerdə yoxdur…

Bəzən elə situasiyalar, hallar olur ki, izah edə bilmirsən. Söz axtarırsan, təsvir edəsən o parlaqlığı, doluluğu, duruluğu, ifadə edəcək söz tapa bilmirsən. Eləcə deyirsən ki, möcüzəvidir, qeyri-adidir, matedicidir…

Bu gün, bu səhər Ağdamda o vəziyyət, o hal idi. Səslər gözəl idi, sözlər gözəl idi, üzlər gözəl idi, gözlər gözəl idi…

Hələ o kövrəklik… Bəzən olur, o qədər xoşbəxt hiss edirsən ki, o yüngüllüyü, o gözəlliyi də heç nə ilə ifadə edə bilmirsən. Amma bilirsən ki, çox xoşbəxtsən. Dənizin ortasında, suyun üzərində yeriyirsən, batmırsan. Yəni bu duyğunun, bu hissiyyatın başqa adı yoxdur. Adı elə xoşbəxtlikdir, xoş andır. Gözlərindən yaş süzülür. Sevinc yaşı, sevinc anı…

Ağdamda məhz o an idi. O xoşbəxt anın – o sevgi anının musiqisi, sözü, səsi kainatın bütün güclərini bir araya gətirmişdi. Nəhənglik adamı valeh edirdi, heyran edirdi. Ağdam heyrətamiz idi, cazibəsi, füsunkarlığı adamın ağlını başından alırdı…

Aman Allah, gözlərim qamaşır: dünyada burdan gözəl yer var?! Bundan gözəl səs, söz, musiqi var?! Bu üçlük bir arada necə şahə qalxır, şaxələnir, böyüyür, böyüdür?!

Məncə, ən gözəl səsin vətəni buradır. Ən gözəl sözün də yuvası buradı. Ən ilahi melodiya da buradan yayılır dünyaya, kainata…

Sizin təsəvvür edəcəyiniz şeylər vardı ha, bir vaxtlar,.. arzu kimi, xəyal kimi, yuxu kimi… öncə özünü, sonra çin çıxmasını arzuladığınız xəyallar…

Onların hamısı Ağdamda çin çıxdı…

Nəzirlərinizi verin, qurbanlarınızı kəsin, şükranlıqlarınızı dilə gətirin.

Bir-birinizə gözaydınlığı verin…

Şükr edin, şükr edin, şükr edin…

Burada nə baş verir? Nələr baş verir?!

Anlamaqda çətinlik çəkirik, bilirəm: Şəhər tikirik burada, kənd tikirik, ev tikirik. Yuva qururuq. Məskən salırıq.

Ölü dirildirik!

Ruhlar – öldürülmüş, didərgin salınmış, küsdürülmüş ruhlar burada yenidən dirilirlər, yenilənirlər, dinclik tapırlar, yaraları qaysaqlanır.

Dirilirik, sağalırıq, rahatlanırıq, yükümüzü atırıq. Biz hamımız yenidən doğuluruq Ağdam kimi – Ağdamla birgə.

Başqa yerlərə baxarkən Ordu görə bilərsiniz. Ağdamda Zəka görünür, Müdriklik boy verir. Bir güllə atılmadan, qan tökülmədən bir şəhərə varid olmağın adıdır Ağdam. Qürurun adıdır, Ləyaqətin adıdır, Kişiliyin adıdır, Böyüklüyün adıdıdr. Bu enerjinin misilsizliyini, hüdudsuzluğunu hiss etmək qəlb işi, könül işidir. O hava, o torpaq, o ağaclar – səmavidir. Ağdam başqa bir aləm, başqa bir mərtəbədir. Dili başqa bir dildir. O dili anlamaq üçün torpağı dinləyə bilməlisən, havanı duya bilməlisən, ağacların yarpaqlarının səsini-sirrini öyrənməlisən…

Ağdamda ordular döyüşmədi. İlham Əliyev o bölgəni, o torpağı ürəyiylə, zəkasıyla, zehnindəki, altşüurundakı sevgi kodlarıyla aldı. Tək savaşdı, tək vuruşdu, tək aldı. Onun əsəridir. Ağdama Qalib kimi gəldi. Qalib kimi danışdı. Qalib duruşu sərgilədi. Azərbaycan xalqının 30 illik zillətinin məlhəmi, dərmanı olduğunu, bu millətə Oğul olduğunu, bu dövlətə Sahib olduğunu sübut etdi. Onu izlədikcə heyrət edirsən. Bu nəhəngliyə, bu enerjiyə, bu lütfə minnətdarlıq sözlərdən şükranlığa, şükranlıqdan enerji selinə çevrilir. Böyük Heydər Əliyevin illər öncə bu gün gözümüz önündə baş verənləri necə dəqiqliklə görməsini təəccüb və fəxrlə yada salırsan: necə bu qədər əminliklə ifadə edib, sanki olacaq, baş verəcək hər şeyi öncədən görüb, sanki bir xəritə cızıb. Və biz indi o xəritə üzrə baş verənləri sadəcə olaraq, seyr etməklə, şahidlik etməklə məşğuluq. Çox, həddən ziyadə çox mükəmməl, böyük, çevik ardıcıllıqdır. O qədər, mükəmməl, nəhəng, çevik və gözəldir ki, anlamağa, zehninə, şüuruna, altşüuruna oturtmağa zorlanırsan. Bu həqiqətən Ağdamdır, 30 il yolunu həsrətlə, intizarla, iztirabla, məşəqqətlə gözlədiyimiz, aradığımız, arzuladığımız Ağdamdır bu?! Ağdamda Muğam Mərkəzi tikildi?! Bakının musiqi, sənət elitası oraya toplaşdı, bayram etdilər, mahnı oxudular, zümzümə etdilər, Ağdamın möcüzəvi boğazları, səsləri bu əsrarəngizliyi alqışladılar?! Ağdam 30 illik səssizlikdən sonra yenə muğamın, musiqinin mərkəzi, paytaxtı oldu?!

Ağdamın – Ağ Şəhərin başına gələnlər, başımıza gələn bu gözəl şeylər gerçəklikdir. Bizim hekayəmiz yazılır. Yenidən yazılır. Gözəl yazılır. Bəlkə də fərqində deyilik bu sürətli dəyişikliklərin, möcüzəvi titrəşimlərin. Fərqində olsaydıq, yəqin ki, ürəyimiz dözməzdi, qaldıra bilməzdi bu böyüklükdə bəxtəvərliyi. Bu, yeni bir səhifə, yeni bir səviyyədir azərbaycanlılar üçün.

Bir dəfə yazmışdım: sanki bizi Marsa aparıblar və bizimçün hər şeyi ilə yeni olan bir aləmdə, yeni bir planetdə hər şey anlaşılmazdır. Zehnimiz və qəlbimiz qavraya bilmir nə baş verdiyini, nələr baş verdiyini.

Qarabağ Qələbəsi də bizim Marsımızdır…

İlham Əliyev bu gün əlçatandır hamımız üçün. Görüşürük, salamlaşırıq, söhbət edirik, şəkil, hətta selfi çəkdiririk. Bizdən biridir. Sanki qeyri-adi heç nə baş verməyib. Qarabağ da heç vaxt işğalda olmayıb. Bu torpaqlarda heç müharibə də olmayıb. Şəhid də verməmişik, oğullarımızı orduya da göndərməmişik. Ağdam üçün, Qarabağın hər qarışı üçün burnumuzun ucu göynəməyib, bağrımızın başı qana dönməyib. Elə əvvəldən belə olmuşuq. Ağdama da ürəyimiz nə vaxt istəsə getmişik, qalmışıq, gəlmişik. Yolları bağlı, torpağı minalı olmayıb. Evimiz də dağılmayıb. Ağdam da yağmalanmayıb…

Şokdayıq. Sevinc və Ağrı şokunda. Sevgi şokunda. Keçəcək. Bir gün mütləq keçəcək. Əlli-yüz ildən sonra keçəcək. O zaman keçənlərimizin ruhları, qalanlarımızın şüurları qəbul edəcək, mənimsəyəcək, başa düşəcək: şanlı bir tarix yaşanıb, yaşamışıq. Aramızda, yanımızda, gözümüzün qarşısında bir İlham Əliyev olub. Bir sadə insanımız, prezidentimiz, həmyerlimiz, həmgöylümüz olub. Arxamız, dayağımız olub…

O, nə edibsə, gözəl edib, gözəl tikib, gözəl qurub…

O şana, o şöhrətə, o şövqə, o Vətənə, o Adama salam olsun!!!

Salam olsun şövkətizə, elizə…

Aynur Camal
Əvvəlki Yazı

Samir Nuriyev: “Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin qüdrətli bir dövlət səviyyəsinə yüksəltdiyi bugünkü Azərbaycanın əzəmətini daha aydın görürük”

Növbəti Yazı

Prezident “Qarabağ” mahnısını ifa etdi-Video

XƏBƏR LENTİ

Səhiyyədə “üçbaşlı” idarəetməyə son qoyulsun… – Deputat Razı Nurullayev

Səhiyyədə “üçbaşlı” idarəetməyə son qoyulsun… – Deputat Razı Nurullayev

03 Mart 2026 / 10:01
19
Xameneini biz öldürməmişik-Marko Rubio

Xameneini biz öldürməmişik-Marko Rubio

02 Mart 2026 / 21:28
38
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
19
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
22
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
28
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
21
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
5
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
7
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
25
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
19
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
16
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
24
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
24
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
16
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
27
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
36
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
121
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
43
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
7
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
30
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
6
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
8
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
13
“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

19 Fevral 2026 / 12:36
24
Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

16 Fevral 2026 / 17:20
10
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
5
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
6
“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

12 Fevral 2026 / 13:36
9
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

11 Fevral 2026 / 16:46
54
54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

11 Fevral 2026 / 16:41
48
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.