Kolumbiyanın Antiokiya inzibati bölgəsindəki Sabaneta qəsəbəsində daşqın və torpaq sürüşməsi nəticəsində 5 nəfər həyatını itirib.
Avropa.info xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, bölgədə bir müddətdir davam edən leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində iki ev dağılıb , eyni ailədən çoxlu insan dağıntılar altında qalıb.
Yanğınsöndürənlərin uzun sürən işindən sonra 5 nəfərin cansız cəsədi tapılıb.
Seldə itkin düşən iki nəfərin tapılması istiqamətində işlər davam etdirilir.
Medellin, Enviqado, Itagüi və Daqran bölgələrində də daşqınlardan bir çox ailə zərər çəkib .
Təxliyə edilmiş vətəndaşlar üçün müvəqqəti sığınacaqlar yaradılıb.
Sabaneta Bələdiyyə Başçısı Alder Cruz verdiyi açıqlamada, neçə nəfərin yerin altında qaldığının bilinmədiyini ifadə edərək, “Yardım təşkilatlarımız bu fövqəladə vəziyyətlə bağlı çalışır. Üç qadın və iki kişi 5 nəfərin cəsədi Venansio Diaz Diaz Xəstəxanasına aparıldı” dedi. ifadələrdən istifadə etdi.
Antiokia qubernatoru Andres Julian Rendon həyatını itirənlərin ailələrinə başsağlığı verib.