Əgər Ramzan Kadırov həqiqətən də Çeçenistanı idarə etməyi dayandırsa, bu, regionda gözlənilməz təhlükəsizlik problemləri yarada və hətta bütün Kreml rejiminin sabitliyini təhdid edə bilər.
Avropa.info xəbər verir ki, bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Qurum xatırladıb ki, çeçen diktator uzun illərdir ki, oxşar bəyanatlar verir və ona görə də sonuncunun nə dərəcədə ciddi olduğunu dəqiq söyləmək mümkün deyil.
Ekspertlər qeyd ediblər ki, Kadırov bütün hakimiyyəti dövründə və xüsusən 2000-ci illərdə Çeçenistanda və bütövlükdə Şimali Qafqazda sabitləşdirici amil olub.
“Kadırovun ölümü və ya istefası – əgər bu, Ukraynadakı müharibə zamanı və ya dərhal sonra baş verərsə -Kadırov və Putin müvafiq varis təyin etmədikcə, Putinin Şimali Qafqazdakı maraqlarını müdafiəsiz qoya bilər”, – deyə bildirilib.
Qeyd edək ki, Kadırov vəzifədən azad olunmağı xahiş etdiyini açıqlayıb.