İsrail ordusu Livanın cənubundakı Nəbatiya əyalətinə bir sıra hava zərbələri endirib.
Avropa.info xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail döyüş təyyarələri Nebatiya əyalətinin yaşayış məntəqələrinə yaxın əraziləri ardıcıl hücumlarla hədəfə alıb.
Şahidlərin bildirdiyinə görə, İsrail döyüş təyyarələri bölgə üzərində uçuşlarını davam etdirib.
27 noyabr 2024-cü ildə İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq , İsrail ordusu müqaviləni tez-tez pozur.
Aprelin 17-də Livanın informasiya naziri Paul Markus bildirib ki, bu müddət ərzində İsrailin Livanda həyata keçirdiyi hücumlar nəticəsində 190 nəfər ölüb, 485 nəfər yaralanıb və bu hücumlar noyabrın 27-dən bu yana atəşkəs razılaşmasını 2740 dəfə pozub.