Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməməsi hər birimizin ürəyindən keçən arzu idi.
Bunu Avropa.info-ya Milli Cəphə Partiyasinin Başqan müavini, Deputat Köməkçisi Ehtiram Mehtiyev deyib.
Ehtiram Mehtiyev əlavə olaraq bildirib ki, bu qərar həm də milli iradənin təzahürüdür. Dövlət Başçısının dövlətimizin milli maraqlarına cavab verən, xalqın ürəyindən keçənləri bir qərarla qəbul etməsi hamımızı sevindirir və qürurlandırır.
Artıq bütün dünya bilməlidir ki, Azərbaycan öz xarici siyasətini heç bir təzyiqə məhəl qoymadan müstəqil şəkildə müəyyənləşdirir. Biz müstəqil və güclü dövlətik. Bu prinsipal qərara görə Dövlət Başçısına təşəkkür edirik.
Avropa.info