6 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 164 saylı orta məktəbin şagidləri üçün maarifləndirici ekskursiya təşkil olunub.
Avropa.info xəbər verir ki, ekskursiya zamanı balaca ziyarətçilər kitabxananın fəaliyyəti ilə yaxından tanış olublar. Onlara 3D formatlı kitablar təqdim edilib, kitabxanadan istifadə qaydaları haqqında məlumat izah olunub. Daha sonra kitabxananın əməkdaşı “Bax gör mən harada yaşayıram”, “Gizlənən heyvanlar” və “Heyvanlara toxun və hiss et” adlı kitablar haqqında məlumat verib.
Daha sonra oxu zalında animasiya filmi təqdim edilib.