04 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Azərbaycanda insan alveri ilə mübarizə gücləndirilir – AÇIQLAMA

May 6, 2025
Cəmiyyət
A A

“İnsan alveri beynəlxalq aləmi təhdid edən ən təhlükəli transmilli cinayətdir. Bu təhlükəli cinayətin aradan qaldırılması üçün dövlətlərin təkbaşına mübarizəsi effektli ola bilməz. Ona görə də, insan alverinə qarşı mübarizədə dünya birliyi birgə hərəkət etməli, dövlətlər koordinasiyalı iş aparmalıdır. Bu halda insan alveri cinayətlərinin aradan qaldırılmasına və cinayətkar şəbəkənin ifşa edilməsinə nail olmaq olar”.

Bu fikirləri Avropa.info-ya açıqlamasında İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyasının İdarə Heyətinin üzvü, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib.

Mahirə Əmirhüsenova bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir, qanunvericilik bazası yaradılır, insan alveri qurbanları ilə işlər təşkil olunur:

“Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir. 2025-ci il Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21 ili, “İnsan Alverinə qarşı Mübarizə Haqqında” qanunun qəbulunun isə 20 ili tamam olur. İldönümlərlə əlaqədar olaraq Daxili İşlər Nazirliyi yanında İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə özündə 46 qeyri-hökumət təşkilatını birləşdirən İnsan Alverinə Qarşı QHT Koalisiyası arasında görüşlər keçirilir və görüşlərdə insan alverinə qarşı mübarizənin mövcud vəziyyəti, qurbanların müdafiəsi və digər məsələlər ətrafında müzakirələr aparılır”.

M.Əmirhüseynova təəssüf hissi ilə qeyd edib ki, Daxili İşlər Nazirliyinin insan alveri cinayətkarlarına qarşı sərt mübarizə tədbirlərinə, İnsan Alverinə Qarşı QHT Koalisiyasının insan alveri ilə mübarizə sahəsində davamlı maarifləndirmə işləri aparılmasına baxmayaq, insan alveri sahəsində cinayətlərin baş verməsi hallar yaşanmaqdadır:

“Xüsusi ilə də gənc qızların müxtəlif şirnikləndirici vədlərlə aldadılaraq xaricə aparılıb, orada kölə vəziyyətinə salınması və cinsi istismara məcbur edilməsi halları baş verir. Ötən ilin məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 163 insan alveri, 5 məcburi əmək cinayət qeydə alınıb”.

QHT sədri bildirib ki, ölkəmizdə insan alveri qurbanları üçün sığınacaqlar yaradılıb, onlara tibbi, psixoloji yardımlara göstərilir.

“QHT-lərin imkanları hesabına yaradılan sığınacaqlarla yanaşı hökumətin formalaşdırdığı və pulsuz olaraq müayinə və müalicə, psixaloji məsləhət üçün ayrılan xəstəxanalar və polikilinkalar da mövcuddur. İnsan alveri qurbanları Respublika Klinik Xəstəxanasında, QİÇS-lə Mübarizə Mərkəzində, Narkoloji Dispanserdə, Dəri-Zöhrəvi Dispanserdə, Bakı şəhər 25 saylı poliklinikada, Bakı şəhər 7 saylı qadın məsləhətxanasında, Bakı şəhər 2 saylı uşaq xəstəxanasında zəruri ambulator və stasionar tibbi xidmətlər göstərilir. Bununla yanaşı dövlət qurbanlara maddi dəstək də göstərir, onların məşğulluğunun təmin edilməsi, daimi yaşayış yeri ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirir”, – deyə o əlavə edib.

Mahirə Əmirhüseynova onu da vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi, İnsan alveri faktları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 152 qaynar xətt telefonunun fəaliyyət göstərməsi, qurbanların reabilitasiyası üçün sığınacaqların yaradılması və digər mühüm tədbirlərin həyata keçirilməsi dövlərin vətəndaş cəmiyyəti institutları ilə birlikdə insan alveri cinayətlərinə qarşı mübarizədə qərarlı olduğunu göstərir:

“Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mükəmməl qanunvericilik bazası formalaşıb və QHT-lərin iştirakı ilə cəmiyyətin bütün təbəqələri arasında maarifləndirmə sistemi həyata keçirilir. Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində BMT və Avropa Şurasının konvensiyaları və protokolları ratifikasiya edilib. Eyni zamanda, qəbul edilən normativ hüquqi akta əsasən insan alveri qurbanlarının sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub. Bu istiqamətdə işlər davam etdirilməkdədir”.

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova onu da bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən insan alverini qurbanı olmuş uşaqların müdafiəsi üçün xüsusi sığınacaq istifadəyə verilib:

“Uşaqlar üçün sığınacaqlarda təhsillərini davam etdirmək, idmanla məşğul olmaq və digər zəruri vasitələrlə təmin olunmaq imkanları yaradılıb. Ümid edir, həm də əminik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində insan alveri cinayətinin qarşısını almaq mümkün olacaq. Bu hal da nə qurbanlar olacaq, nə də insan alveri qurbanı olmuş valideyinlərin uşaqlarının sığınacaqlara yerləşdirilməsi hallar olacaq. Biz buna nail olacağıq. Daxili İşlər Nazirliyinin qanunçuluğu təmin etmək bacarığı, cinayətkarlığa qarşı mübarizə üzrə illərdir qazandığı mükəmməl təcrübəsi, QHT-lərin maarifləndirmə tədbirləri, cəmiyyətin dəstəyi bunu deməyə əsas verir”.

Avropa.info

Əvvəlki Yazı

Özgür Özelə hücum edən Selçuk Tengioğlu həbs edilib

Növbəti Yazı

“Bakcell” mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

XƏBƏR LENTİ

1-ci Qarabağ Müharibəsi Şəhidi Zərdabda dəfn edildi – Fotolar

Daha 3 şəhidimiz Kəlbəcərdə dəfn olunacaq

02 İyul 2025 / 20:40
14
Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

02 İyul 2025 / 19:36
41
Prezidentlər iclasda iştirak edirlər

Prezidentlər iclasda iştirak edirlər

02 İyul 2025 / 16:13
36
Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

02 İyul 2025 / 13:08
46
Ersin Tatar Azərbaycana gəlib – FOTO

Ersin Tatar Azərbaycana gəlib – FOTO

02 İyul 2025 / 12:33
29
Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

02 İyul 2025 / 12:26
20
Azərbaycanda insan alveri ilə mübarizə gücləndirilir – AÇIQLAMA

Polis Günü: Azərbaycanın keşikçiləri haqqında düşüncələr

02 İyul 2025 / 12:21
24
Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

02 İyul 2025 / 11:28
19
“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

02 İyul 2025 / 11:19
8
Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

02 İyul 2025 / 11:08
39
Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

02 İyul 2025 / 10:56
36
Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

02 İyul 2025 / 10:49
33
Goranboyda bacısını bıçaqlayan şəxs həbs edildi

Sumqayıtda qadın küçədə qətlə yetirilib

02 İyul 2025 / 10:04
4
Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

02 İyul 2025 / 9:56
35
ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

02 İyul 2025 / 9:47
42
Moskvada Azərbaycanlılar Rusiya bayrağını endirib Azərbaycan bayrağını qaldırdılar -Foto

Moskvada Azərbaycanlılar Rusiya bayrağını endirib Azərbaycan bayrağını qaldırdılar -Foto

02 İyul 2025 / 9:30
49
Deputat İmişlini kənd-kənd gəzir-Fotolar

Deputat İmişlini kənd-kənd gəzir-Fotolar

02 İyul 2025 / 9:13
65
Qəzza xəstəxanaları bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər

Qəzza xəstəxanaları bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər

02 İyul 2025 / 9:05
36
Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

01 İyul 2025 / 19:26
16
Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

01 İyul 2025 / 15:00
5
QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

01 İyul 2025 / 14:54
12
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

01 İyul 2025 / 13:33
22
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

01 İyul 2025 / 9:01
28
Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
10
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
16
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
34
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
20
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
27
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
39
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
30
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.