ABŞ prezidenti Donald Tramp Federal Həbsxanalar Bürosuna Kaliforniya ştatının San-Fransisko şəhərində muzeyə çevrilmiş Alkatras həbsxanasını “məşhur cinayətkarlar” üçün yenidən açmağı tapşırıb. Alkatraz həbsxanası da bir çox filmin mövzusu olub.
Avropa.info xəbər verir ki, Tramp “Truth” sosial media hesabında Alkatras həbsxanası ilə bağlı açıqlama yayıb.
ABŞ-ın uzun müddətdir ki, “zorakılıq tərəfdarı olan cinayətkarlar”la məşğul olduğunu qeyd edən Tramp qeyd edib ki, keçmişdə daha ciddi bir millət olanda ən təhlükəli cinayətkarları həbs etməkdən çəkinməyiblər. “Bu cinayətkarlara daha dözməyəcəyik”, – deyə o əlavə edib.
Tramp bildirib ki, o, Federal Həbsxanalar Bürosuna Alkatrası təmir edib genişləndirmək və onu “ən qatı cinayətkarlar” üçün həbsxana kimi istifadə etmək üçün yenidən açmağı tapşırıb.
Qeyd edək ki, San-Fransiskonun ən əhəmiyyətli simvollarından biri olan Alkatraz adasında dünyanın ən məşhur həbsxanası kimi tanınan və bir çox filmə mövzu olan Alkatras həbsxanası da var.
Ada ictimai turizm sahəsi kimi istifadə olunmağa başlayan 1973-cü ildən bəri hər il 1,5 milyon turisti qəbul edir.
Qaçışın çox çətin olduğu həbsxana şəraitinə görə əsir düşərgəsinə bənzədilib.
Məşhur həbsxanalarda çəkilən filmlərdən bəziləri bunlardır:
Escape from Alcatras – Alkatrasdan qaçış (1979) – Clint Eastwood
The Rock – Qaya (1996) – Sean Connery, Nicolas Cage
Murder in the First – Birinci dərəcəli qətl (1995) – Kevin Bekon, Kristian Slater
Birdman of Alcatraz – Alkatrasın quş adamı (1962) – Burt Lancaster
Avropa.info