ABŞ-ın Corciya ştatında həbsxanadan qaçdığı düşünülən və 12 saat fövqəladə vəziyyətdə axtarılan məhbusun ədliyyə təcridxanasında unudulduğu məlum olub.
Avropa.info xəbər verir ki, yerli ABŞ mediasının məlumatına görə, Corciya ştatında həbsxana rəsmiləri hesablama zamanı 1984-cü ildə qətldə günahkar bilinən məhbus Julian Brooks Deloach-ın kamerada olmadığını görüblər.
Hakimiyyət həbsxanada fövqəladə vəziyyət elan edib, bütün qapıları bağlayıb və məhbusu axtarmağa başlayıb. Səlahiyyətlilər həbsxananın bütün kameralarında axtarış aparıb və kamera görüntülərini nəzərdən keçirmək qərarına gəliblər.
Səlahiyyətlilər, qaçan olduğu düşünülən məhbusun ədliyyə kamerasında unudulduğunu və 12 saatdır orada gözlədiyini müəyyən ediblər.