Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyası üçün önəmindən danışıb.
Avropa.info xəbər verir ki, Büyükfırat Türkiyənin “Ülke” televiziyasının qonağı olub.
TÜİB sədri bəzi türk dövlətlərinin Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qarşı siyasi mövqeyi və Cənubi Kipri tanımaları ilə bağlı fikirlərini bölüşüb.
Hüseyin Büyükfırat bu məsələdə prezident İlham Əliyevin qətiyyətli duruş nümayiş etdirdiyini bildirib.
Azərbaycanda illərdir, KKTC nümayəndəliyinin olduğunu bildirən iş adamı İlham Əliyevin yürütdüyü siyasətin türk dünyasının gələcəyi olduğunu qeyd edib:
“Həqiqətən, İlham Əliyev Türkiyə üçün, Turan coğrafiyası üçün, yenidən qurulan dünya nizamı üçün çox önəmlidir”.
Ətraflı videoda: