“Quru sərhədlərin açılması hökumətin səlahiyyətində olan məsələdir. Quru sərhədlərinin açılması ilə bağlı cənab Prezident də öz mövqeyini açıqlayıb. Bunu xaricdən gələn təhlükə ilə əlaqələndirib. O baxımdan, artıq quru sərhədlərinin açılması ilə bağlı məsələyə bu kontekstdən yanaşmalıyıq ki, həmin xaricdən gələ biləcək təhlükələr sərhəddə aradan qaldırılıbmı? Mən şəxsən quru sərhədlərinin açılmasının tərəfdarıyam. Amma indi dövlət daha yaxşı bilir”.
Avropa.info xəbər verir ki, Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
MCP başqanının sözlərinə görə, bəzi xidmətlərdə elə məlumatlar var ki, biz onları bilmirik və bu səbəblərə görə quru sərhədlər bağlı qalır:
“O ki qaldı iqtisadiyyatımıza və turizmə vurulan ziyana, təbii ki, bu, böyük rəqəmdir. Çünki quru sərhədlərdən keçərək, kiçik bizneslə məşğul olub dolanışığını quran yarım milyona qədər insan var idi. Bu, ümumilikdə 700 mindən çox adam edir. Ona görə də düşünürəm ki, bu, iqtisadiyyatımıza da, insanlarımızın dolanışığına da xeyli təsir göstərib. Xüsusilə sərhəd yanı ölkələrdə bu problem daha çox hiss olunur”.
Deputat bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında müəyyən istiləşmə prosesi gedir:
“İran Prezidenti də Azərbaycana səfər etdi. Bu zaman xeyli müsbət siqnallar gördük. Bu amillər onu deməyə əsas verir ki, quru sərhədlərin açılması ilə bağlı tarixi yaxınlaşdıra bilək.
Ukrayna-Rusiya müharibəsinin də, bizim sərhədlərimizin açılmamasına təsiri var. Orada müharibənin dayandırılması, atəşkəsə nail olunması bu işə töhfə verərdi. Amma hələ ki, bunu üfüqlərdə görə bilmirəm. Amma istənilən halda, məndə belə bir inam var ki, bu il quru sərhədlər açılacaq