Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalının öz evlərinə qayıtdığını bildirib.
Avropa.info xəbər verir ki, BMT QAK-ın X sosial media platformasında suriyalıların evlərinə qayıtması ilə bağlı paylaşım edilib.
“1,4 milyondan çox suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə məcburi köçkünlükdən sonra öz evlərinə qayıdır”. Yazıda suriyalılar üçün ümidin olduğu, lakin onların həyatlarını yenidən qurmasının asan olmadığı vurğulanıb.
Yazıda Suriyalıların sığınacaq, sağlamlıq, təhsil və dolanışıq da daxil olmaqla bir çox sahədə dəstəyə ehtiyacı olduğu qeyd edilərək , ailələrin həyatlarına yenidən başlamasına kömək etmək üçün səylərə dəstək çağırışı edilib.