Ukrayna və ABŞ nadir torpaq elementləri ilə bağlı saziş imzalayıb.
Avropa.info xəbər verir ki, razılaşma iki ölkə arasında yeni yol xəritəsini və ABŞ üçün Çinə qarşı mühüm çatışmazlığın aradan qaldırılmasını əks etdirir.
Sazişin imzalandığı gün ABŞ prezidenti Donald Tramp da bu məsələni vurğulamışdı. ABŞ Maliyyə Nazirliyi “ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu” adlandırılan sazişi “iqtisadi tərəfdaşlıq” kimi qiymətləndirib.
Məlumata görə, saziş ABŞ-a Ukraynanın təbii sərvətlərinə bu günə qədər verdiyi hərbi və maliyyə dəstəyi müqabilində çıxış imkanı verəcək.
Çin nadir torpaqların ən böyük məlum ehtiyatlarına malikdir və hazırkı istehsalın 60 faizi Çindəki mədənlərdən əldə edilir.
Bu səbəbdən Tramp Ukrayna və Qrenlandiyanın yeraltı sərvətlərinə çatmağı qarşısına məqsəd qoyub.
Qrenlandiyada 50, Ukraynada 34 növ mineral var ki, onlardan 17-si nadir torpaq minerallarıdır.