ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universiteti və onun hüquq jurnalı olan Harvard Law Review-da məqalə seçimində “irqə əsaslanan ayrı-seçkilik” iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Avropa.info-nun məlumatına görə Federal hökumətin əvvəlcə kampusunda Fələstinə dəstək nümayiş etdirdiyi, daha sonra isə müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına can atdığı üçün tənqid atəşinə tutulan Tramp administrasiyası ilə Harvard Universiteti arasında mübahisə davam edir.
ABŞ Təhsil Departamenti ilə Səhiyyə və İnsan Xidmətləri Departamenti birgə bəyanatda Harvard Law Review jurnalı və jurnalın məqalə seçimində irqdən əsas götürdüyünə dair iddiaların ardınca araşdırmaya başladığını açıqlayıb .
Açıqlamada, istintaqın jurnalın “irqlərinə görə yazıçılara üstünlük verdiyi və ləyaqətini nəzərə almadığı” iddialarını araşdıracağı və araşdırmanın jurnalın maliyyə əlaqələri, audit prosedurları, üzvlük və məqalə dərci seçim siyasətlərini əhatə edəcəyi bildirilib.
İstintaq federal hökumətdən qrant alan qurumların irqinə görə ayrı-seçkiliyi qadağan edən 1964-cü il Mülki Hüquqlar Aktının VI maddəsinin pozuntularının olub olmadığını müəyyən etmək üçün aparılıb .
Tramp və Harvard arasında mübahisə
Tramp administrasiyası Fələstinə və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına dəstək üçün kampus etirazlarını əsas gətirərək Harvard da daxil olmaqla bir neçə universitet üçün federal maliyyəni dondurmaqla hədələyib.
Bu çərçivədə administrasiya Harvarda verilən 2,2 milyard dollarlıq maliyyəni və 60 milyon dollarlıq müqavilə haqqını dondurmaq qərarına gəlib.
Universitet həmçinin maliyyənin dondurulmasının qanunsuz olduğunu əsas gətirərək federal hökumətin qərarını əngəlləmək üçün Tramp administrasiyasını məhkəməyə verib.