Fələstin torpaqlarını ələ keçirən israillilər işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın edib.
Avropa.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, fanatik yəhudilər basqını İsrail polisinin sıx mühafizəsi altında həyata keçirib.
Fanatik qruplar müsəlmanların müqəddəs məscidi olan Məscidül-Əqsanın həyətinə təxribat xarakterli turlar təşkil edib, Qaya günbəzinin qarşısında “Talmudik” ayinlərini icra ediblər.
Bu arada İsrail qüvvələri fələstinlilərin girməsinin qarşısını almaq üçün işğal altındakı Şərqi Qüdsün girişlərində və Məscidül-Əqsanın qapılarında varlığını artırıb.
Əl-Əqsa məscidinə basqınlar
26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanmış sülh müqaviləsinə əsasən , Əl-Əqsa məscidi İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslər Nazirliyinə bağlı olan Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir .
2003-cü ildən bəri israillilər administrasiyanın icazəsi olmadan və İsrailin birtərəfli qərarı ilə polisin müşayiəti ilə müqəddəs hərəm olan Əl-Əqsa məscidinə daxil olurlar . Bu girişləri basqın kimi xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.
İsraillilər “Süleyman məbədinin xarabalıqlarının yerləşdiyini” iddia edərək, Qiblə məscidi və Qaya günbəzinin, eləcə də muzeyin, mədrəsələrin və böyük həyətin daxil olduğu Məscidül-Əqsa Kompleksinin altında qazıntı işləri aparırlar.
İsrail hökuməti “yalnız müsəlmanların ibadət edə biləcəyi və başqa dinlərin nümayəndələrinin ziyarət edə biləcəyi” Məscidül-Əqsada tarixi status-kvonun qorunduğunu müdafiə edir.
Bununla belə, fanatik yəhudilər İsrail polisinin himayəsi altında Əl-Əqsada keçirilən reydlər zamanı tez-tez namaz qılar və dini ayinləri yerinə yetirərkən kameralara tuş gəlir.