ABŞ-ın Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 12-yə çatıb
Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Əl-Məsirə telekanalının məlumatına görə , ABŞ döyüş təyyarələrinin paytaxt Sənanın Beni Haris rayonunun Sukban bölgəsinə təşkil etdiyi hücumda ölənlərin sayı 12 nəfərə çatıb.
ABŞ-ın bazar günü sözügedən bölgədə 3 evi hədəfə aldığı hücumda aralarında qadın və uşaqların da olduğu 8 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilib.
Yəmənə hava zərbələri endirilib
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp martın 15-də Truth Social platformasında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bildirib.