ABŞ-ın Nyu-York şəhərində Fələstinə dəstək nümayişi keçirən qrupla İsrail tərəfdarları arasında toqquşma baş verib.
Avropa.info xəbər verir ki, Bruklində Fələstinə dəstək nümayişi keçirən bir qrup insan, İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin çıxış edəcəyi sinaqoq qarşısında toplaşıb.
Yəhudi icmasının cəmləşdiyi bölgədə Ben-Qvir tərəfdarları ilə fələstinli tərəfdarlar arasında toqquşma baş verib.
Nümayişdə iki qrup arasında döyüş çıxarkən bəzi adamlar polis tərəfindən nəzarətə alındı .
İsrailli nazir Ben-Qvirin çıxışı da sonradan ləğv edilib.
Sosial mediada paylaşılan görüntülərdə Bruklində əlbəyaxa dava və polisin müdaxiləsi anları əks olunub.
ABŞ-ın Yale Universitetində Fələstin tərəfdarı olan tələbələr də Ben-Qvirin öz universitetlərinə dəvətinə etiraz edərək aprelin 24-də məktəbə məruzəçi kimi dəvət edilməsinə reaksiya veriblər.