Goranboyda yol-nəqliyyat hadisəsi zamanı avtombil piyadanı vurub, sonra isə digər maşınla toqquşub.
Avropa xəbər xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil magistralının Nadirkənd kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Opel” markalı minik avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1976-cı il təvəllüdlü Məlahət Abbasovanı vurub. Bu zaman onun arxasınca həmin yolda hərəkət edən “Hyundai” markalı avtomobil isə “Opel”ə çırpılıb.
Xəsarət alan piyadanın vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.