02 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Avropa Trampın siyasətinə görə ABŞ-ı tərk edəcək alimləri alqışlayır

Aprel 18, 2025
Dünya
A A

Avropa ölkələri ABŞ administrasiyasının bəzi elmi tədqiqat sahələrindəki məhdudiyyətlər və maliyyənin kəsilməsi ilə işdən çıxarılan “qızıl ağılları” qarşılamağa hazırlaşır.

Avropa.info-nun məlumatına görə  Yanvar ayında ABŞ-da prezidentliyə başlayan və kəskin dəyişikliklərə səbəb olan respublikaçı Donald Trampın atdığı siyasi addımlar elmi dairələrdə qorxu və təşviş yaradıb.

Tramp administrasiyasının verdiyi qərarlarla ölkədəki bəzi laboratoriyalar bağlanıb,  bəzi tədqiqat sahələrində  maliyyə kəsilib .

Maliyyə kəsilməsindən təsirlənən iqlim, biomüxtəliflik, çirklənmə və qadın araşdırmaları kimi tədqiqat sahələrində çalışan yüzlərlə insan kütləvi şəkildə işdən çıxarılıb.

İşdən çıxarılanlar arasında   Milli Okean və Atmosfer Administrasiyasında (NOAA) bir ildən az müddətdə işləyən və sınaq müddətində olan 800-ə yaxın işçi və Ətraf Mühitin Mühafizəsi Agentliyində (EPA) 400-ə yaxın işçi var .

ABŞ Müdafiə Nazirliyi də mart ayında portfelində iqlim dəyişikliyinin təsirləri ilə bağlı araşdırmalar da daxil olmaqla 90-dan çox tədqiqatı kəsdiyini açıqladı.

Bundan əlavə, ABŞ  Ticarət Departamenti Princeton Universitetində iqlimlə bağlı üç tədqiqat layihəsi üçün təxminən 4 milyon dollarlıq maliyyəni  kəsəcəyini açıqladı,  çünki onlar Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məqsədlərinə uyğun gəlmir  .

İqlim tədqiqatları ilə bağlı istehsal etdikləri məlumatlarla bu sahədə tədqiqatlara töhfə verən ən kritik qurumlardan olan NOAA və EPA da daxil olmaqla tədqiqatçıların kütləvi şəkildə işdən çıxarılması, bəzi laboratoriyalarının bağlanması və  elmi tədqiqatların  aparıldığı sahələrin məhdudlaşdırılması təkcə ABŞ-da deyil, ABŞ-dakı qurumlarla işləyən qlobal əməkdaşlar üçün də qeyri-müəyyənlik yaradıb.

Bir çox tədqiqatçı ABŞ-ı tərk etmək istəyir

“Nature” elmi araşdırma jurnalının sorğusuna görə, ABŞ-da hər 4 tədqiqatçıdan 3-ü hökumətin məhdudlaşdırıcı tədbirlərindən sonra ölkəni tərk etməyi düşünür.

Sorğuya cavab verən 1650 nəfərdən 1200-dən çoxu Kanada, Avropa və ya Avstraliyaya getməyi düşündüyünü bildirib.

Digər tərəfdən, ABŞ-ın aparıcı universitetlərində   çalışan professor və ya böyük akademiklərin başqa ölkədə işləmək üçün müraciət etmələri ilə bağlı xəbərlər mətbuatda öz əksini tapıb.

2025-ci ilin ilk üç ayında Böyük Britaniyada iş üçün müraciət edən əcnəbilərin nisbəti keçən ilin eyni dövrü ilə müqayisədə 2,5% artaraq 8,5% təşkil edib.

Avropa ABŞ-ın beyin axınını fürsətə çevirmək istəyir

Tramp administrasiyası dövründə xaos, qeyri-müəyyənlik, maliyyələşmənin kəsilməsi,  immiqrasiya  məhdudiyyətləri və beynəlxalq əməkdaşlığın zəifləməsi ölkədə alimlər üçün mənfi atmosfer yaratsa da, Avropa ABŞ-dan gedən beyinlərə qapılarını açmaq üçün qollarını çırmalayıb.

Almaniyanın “Der Spiegel” jurnalında dərc olunan birgə bəyanatda 8 alman professor və tədqiqatçı “Almaniya üçün 100 parlaq ağıl” çağırışı edib. Akademiklər Albert Einstein və Lise Meitner kimi elm adamlarının nasist Almaniyasından mühacirət etdiklərini xatırladıb və Almaniyanın Amerikalı tədqiqatçılara qucaq açaraq o dövrdə yaşadığı beyin axınını geri qaytarmaq fürsəti əldə edə biləcəyini ifadə ediblər.

Bu arada, Almaniya, Fransa  və  İspaniya da daxil olmaqla bəzi Avropa hökumətləri   Avropa Komissiyasını Birləşmiş Ştatlardan didərgin düşmüş akademik heyəti cəlb etmək və yeni imkanlar axtarmaq üçün cəld hərəkətə keçməyə çağırıb.

Aİ-nin  “Startaplar, Tədqiqatlar və İnnovasiyalar” üzrə komissarı Yekaterina Zaharieva ABŞ-da hökumət siyasətlərindən təsirlənən tədqiqatçılar haqqında deyib: “Bu qlobal mənzərə dünyaya Avropanın elm və tədqiqatlar üçün təhlükəsiz yer olmağa davam edəcəyini göstərmək üçün bir fürsətdir”. dedi.

Avropanın həm beynəlxalq, həm də avropalı tədqiqatçıları cəlb edərək elm üçün ən yaxşı yer olması lazım olduğunu vurğulayan Zaharieva, ABŞ alimlərini cəlb etmək üçün birliyin elmi tədqiqat təşkilatı olan Avropa Araşdırma Şurasının təklif etdiyi  maliyyə dəstəyi artıracaqlarını açıqladı  .

13 AB ölkəsinin Brüssel administrasiyasına məktub yazaraq ABŞ-ın beyin axınına qarşı tədbir görməyə çağırdığını və Avropa Komissiyasının ABŞ-ın “ən istedadlıları” üçün xüsusi vizaların verilməsi üzərində çalışdığını qeyd edən Zaharieva, Avropanın akademik azadlığı müdafiə etmək üçün tarixi bir məsuliyyət daşıdığını vurğuladı.

Amerikalı tədqiqatçıları Avropaya cəlb etmək üçün bəzi təşəbbüslər

Uzun illər ali təhsilə sərmayə qoyuluşu baxımından ABŞ-dan geri qalan Avropa amerikalı tədqiqatçılara qapılarını açmaq üçün bu sektora ciddi investisiyalar yatırmalı və maliyyə vəsaitlərini artırmalıdır.

Fransa milli mətbuatında yer alan xəbərlərə görə, Marsel Donald Trampın siyasətindən sonra “susdurulan, senzuraya məruz qalan və maliyyələri kəsilən” onlarla elm adamını qəbul etməyə hazırlaşan şəhərlər arasındadır.

Bu çərçivədə Eks-Marsel Universitetində “Elm üçün təhlükəsiz yer” platforması yaradılmışdır. Universitet prezidenti Erik Berton  bildirib ki, 300-dən çox amerikalı tədqiqatçı, 120-si NASA və Stanford  da daxil olmaqla ABŞ-dakı institutlarda işləyir , martın 7-də istifadəyə verilən 15 milyon avroluq platformaya maraq göstərib.

Breton, Trampın siyasətlərindən təsirlənən sağlamlıq, LGBT, tibb, epidemiologiya və iqlim dəyişikliyi kimi sahələrdə çalışan amerikalı alimləri Marselə cəlb etməyi hədəflədiklərini qeyd edib.

Trampın siyasətlərindən təsirlənən ABŞ-dan ilk tədqiqatçıların iyun ayında gələcəyini bildirən Berton, tədqiqatçıların ailələrinin Avropaya köçünü asanlaşdırmaq üçün işlərini davam etdirdiklərini söylədi.

Berton onu da bildirib ki, 10 Avropa universiteti oxşar proqramlara başlamaq üçün onunla əlaqə saxlayıb.

Eynilə, Belçikadakı Vrije Universiteit Brussel (VUB) ABŞ siyasətlərinin “qurbanı” olan tədqiqatçıları cəlb etmək üçün vəsait ayırdığını və qarşılama mərkəzi yaratdığını elan etdi.

Universitetlərlə yanaşı,  yerli hökumətlər  də ABŞ-ın “parlaq ağılları” üçün tədbirlər görüblər. Şəhərin ABŞ-dan mühacirət edəcək alimlər üçün güclü bir alternativ olmasını təmin etmək istəyən Berlin Bələdiyyəsi bu məqsədlə xüsusi vəsait ayıracağını açıqlayıb.

Hollandiyanın  təhsil  naziri Eppo Bruins   vurğuladı ki, Avropa və Hollandiya üçün dəyərli olan beynəlxalq alimlər üçün xüsusi vəsaitin ayrılması hökumət üçün prioritet olmalıdır .

Əvvəlki Yazı

Finlandiyanın “Finnair” aviaşirkətinə məxsus Banqkok–Helsinki marşrutu təcili Bakıya eniş etdi

Növbəti Yazı

Qəzzada qida və dərman çatışmazlığından körpə ölür

XƏBƏR LENTİ

Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
15
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
20
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
27
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
20
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
5
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
7
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
25
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
19
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
16
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
24
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
24
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
15
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
26
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
35
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
121
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
43
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
7
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
30
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
6
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
8
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
13
“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

19 Fevral 2026 / 12:36
24
Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

16 Fevral 2026 / 17:20
10
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
5
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
6
“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

12 Fevral 2026 / 13:36
9
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

11 Fevral 2026 / 16:46
54
54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

11 Fevral 2026 / 16:41
48
“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

10 Fevral 2026 / 21:14
68
“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

09 Fevral 2026 / 17:27
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.