01 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Türkiyə və Azərbaycan türk dünyasının əsas lokamativi kimi hədəfdədir”-Vüqar Dadaşov

Aprel 17, 2025
Siyasət
A A

-Qazaxıstan prezidenti Tokayev Özbəkistan və Türkmənistanı Avropaya aparmır, Rusiyaya hədiyə edir?
– Türkiyə və Azərbaycandan böyük strateji gediş…

Türk dünyasının yeni dünya nizamına təsiri və nüfuzu ənənəvi düşmən qüvvələrini hərəkətə keçirib. Məqsəd təbii ki, böyük türk birliyinin formalaşmasını əngəlləməkdir.

Bunu Avropa.info-ya açıqlamasinda Milli Cəphə Partiyasının başqan müavini Tanınmış Hüquqşünas Vüqar Dadaşov deyib

Onun sözlərinə görə Türkiyə və Azərbaycan türk dünyasının əsas lokamativi kimi hədəfdədir. Əlbəttə ki, Azərbaycanın Rusiya, Fransa, İran və sair havadarı olan Ermənistan üzərində möhtəşəm qələbədən sonra, Türkiyənin hərb sənayesində texnaloji sıçrayışı və faktiki olaraq dünyada söz sahibinə çevrilməsi, Suriyada keçirdiyi rejim dəyişikliyi Qərbdə türk qorxusunu canlatdı.

Donald Trampın ABŞ – da yeni prezidentliyindən sonra NATO daxilində müttəfiqlərinə qarşı münasibəti Avropanı Rusiya qarşısında çarəsiz vəziyyətə gətirdi. Trampın Avropanın təhlükəsizliyinə laqeyid münasibəti, Avropanı Türkiyəyə sığınmağa məcbur etdi. Polşanın baş naziri Donald Tuskun Türkiyə prezidenti cənab Ərdoğana xahişindən sonra, Avropanın yenidən Osmanlı imperiyasının təsirinə düşəcəyini ehtiyat edən qüvvələr bütün imkanlarla Türkiyəni sıradan çıxarmağa çalışır.

Türkiyə qarşı ilk zərbə Əkram İmamoğlu ilə başladı. Əslində xristian mərkəzləri İmamoğlunun vasitəsi ilə Ərdoğanın hakimiyətdən getməsi üçün keçirdikləri mitinqləri elə dövlət çevrilişinə cəhd idi.

Avropanın xristian mərkəzləri Avropa İttifaqının və xüsusən də Fransanın rəhbərliyi ilə Türk dünyasına zərbə vurmağı bacardı.
Avropa Birliyinin 12 milyard avroluq investisiyası qarşılığında üç türk dövləti: Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açır və üstəlik, anlaşmanın Türkiyə üçün xüsusilə ağrılı olan 4-cü bəndini imzalayaraq Türkiyənin Kiprdə işğalçı dövlət olduğunu təsdiq etdilər.

Düşünürəm ki, belə bir nəticə də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xüsusi rolu olub. Tokayevin Özbəkistan prezidenti Şavkat Mirziyayevə və Türkmənistan prezidenti Sərdar Berdıməhəmədova təsirini və danışıqların aparılmasında və Tokayevin nəticədə maraqlı olmasına heç bir şübhə yoxdur. Hələ 2022-ci ilin yanvarında Qazaxıstanda prezident Tokayev türk dünyasında böyük nüfuza malik, türk dünyasının ağsaqqalı, müasir müstəqil Qazaxıstanın qurucusu, keçmiş prezident Nursultan Nazarbayevi Moskvanın göstərişi və hərbi dəstəyi ilə faktiki hakimiyətdən məhrum etdi. (hələ 2022-ci ilin əvvəlində yazdığım məqalədir https://www.facebook.com/share/p/1Ws2PE4ZhL/).
İndi də məlumdur ki, Tokayev tapşırıqlarını Moskvadan alır.

Türk dünyasının güclənməsinə, Türk Dövlətləri Birliyinə qarşı Rusiya ilə bəzi Avropa ölkələri və Qərb xristian mərkəzləri və hətta İran eyni mövqedən çıxış edir. Bir-birinə düşmən olan qüvvələr türk dünyasına qarşı birləşmək bacarığını qoruyub saxlayıb. Türk dünyasının güclənməsini, dirçəlməsini Rusiya tərkibində olan türk regionlarınlnın ayılması qorxusu ilə özünün dövlətçiliyi üçün ciddi təhlükə hesab edir. Rusiyada son konstitusiya dəyişikliyindən sonra yerli, aborigen xalqların ruslaşdırılması, xristianlaçdırılması güclənib. Son statistik məlumatlara görə Rusiyada ən çox dilindən və identik kimliyindən uzaqlaşan tatar və başurdlardır.

Əslində Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açmaq qərarı və Avropa İttifaqı həmin razılaşmanı imzalamaqla, bəlkə də nəzərdə tutduğu Rusiyadan uzaqlaşma etmədi. Əksinə, Özbəkistan və Türkmənistan Türkiyə və Azərbaycandan uzaqlaşmaya getdi, yəni özlərini siyasi-diplomatik və hərbi meyda müdafiəsiz qoydu. Avropanın hələ bir dövlətə verdiyi zəmanət özünü nəinki doğrultmayıb əksinə, həmin Avropa “zəmanəti” dövlətlərin suverenliyini, ərazi bütövlüyünün pozulmasını şərtləndirib. Gürcüstan, Ukrayna nümunəsi müasir və yaşadığımız tarixə aiddir. Rusiya tərəfindən Özbəkistanın, Türkmənistanın işğal olunması yolu açılır. Zatən Qazaxıstan isə Tokayev vasitəsi ilə Rusiyanın nəzarətindədir.
Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ilin fevralında Prezident seçildikdən sonra ilk çıxışında bildirdi ki, bizim bir ailəmiz var, o da Türk ailəsidir.

Avropa özünün enerji təhlükəsizliyi üçün və Rusiyadan asılılığını aradan qaldırmaq üçün Asiya və Xəzəryanı ölkələrdən enerji resurslarına ehtiyacı var. Regiondan enerji daşıyıcılarının Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə daşınması, həmçinin Azərbaycan və Türkiyə üzərindən mövcud infrastruktur vasitəsilə reallaşması Avropanın Azərbaycan və Türkiyədən, eləcə də Qazaxıstan, Özbəkistan, Türkmənistandan asıldığını yarada bilər. Olsun ki, TDT üzləri strateji perespektivdə bu məsələni Türkiyə və Azərbaycanla razılaşdırılıb. Qazaxıstan, Özbəkistan, Türkmənistanın məlum qərarından sonra Türkiyə və Azərbaycan müəyən susqunluğu prosesin nəzarətdə olduğu kimi dəyərləndirilə bilər. Hər bir halda, məsələ ilə bağlı yekun qənaət zənimmcə bəlkədə hələ tələskənlik olardı.

Avropa.info

Əvvəlki Yazı

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı – FOTOLAR

Növbəti Yazı

Milli sistemlərlə orbitə buraxılacaq türk peyki: Ankara problemləri

XƏBƏR LENTİ

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

01 İyul 2025 / 19:26
8
Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

01 İyul 2025 / 15:00
5
QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

01 İyul 2025 / 14:54
8
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

01 İyul 2025 / 13:33
20
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

01 İyul 2025 / 9:01
26
Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
7
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
15
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
31
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
19
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
26
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
39
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
30
SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

30 İyun 2025 / 13:03
18
DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakınin Qaradağ rayonunda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

30 İyun 2025 / 12:57
41
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

30 İyun 2025 / 10:23
24
Serbiyada etirazlar səngimir, küçələr bağlanır

Serbiyada etirazlar səngimir, küçələr bağlanır

30 İyun 2025 / 9:05
35
Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

30 İyun 2025 / 8:56
49
Antalyada meşə yanğını baş verib

Antalyada meşə yanğını baş verib

30 İyun 2025 / 8:49
37
Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

Putinin əli azərbaycanlıların qanına batıb – AzTV

30 İyun 2025 / 8:34
67
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

30 İyun 2025 / 8:19
61
Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

30 İyun 2025 / 8:10
15
Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

30 İyun 2025 / 7:50
57
Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

29 İyun 2025 / 16:19
21
Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

29 İyun 2025 / 16:03
37
Professor İlham Rəhimov: “Qod Nisanovun Azərbaycanda hər hansı bir layihəsi olsaydı, məlumatım olardı”

İlham Rəhimovdan Rusiyada soydaşlarımıza qarşı törədilmiş cinayətə reaksiya

29 İyun 2025 / 12:45
31
İsrail Livanın cənubunu hədəfə alıb

İsrail Livanın cənubunu hədəfə alıb

29 İyun 2025 / 8:45
29
Avstriyada Fələstinə dəstək nümayişi -Foto

Avstriyada Fələstinə dəstək nümayişi -Foto

29 İyun 2025 / 8:31
36
Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

28 İyun 2025 / 18:51
16
Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

28 İyun 2025 / 13:37
5
Yekaterinburqda keçirilən əməliyyatda 9 azərbaycanlı saxlanıldı – YENİLƏNİB 2

Rusiyanın Yekaterinburq şəhərində olan hadisənin detalları ilk dəfə açıqlandı: Qətl, kişi və qadınlara işgəncə, 70 nəfərin həbsi olunmasi

28 İyun 2025 / 13:32
49
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.