İsrail ordusunun Qəzza zolağının şimalında məcburi köçkün fələstinlilərə ev sahibliyi edən və Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında fəaliyyət göstərən məktəbi bombalaması nəticəsində ən azı 6 fələstinli həyatını itirib.
Avropa.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə , İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı Əl-Əyyubiyyə məktəbini bombalayıb .
Qatil İsrailin hücumu nəticəsində ən azı 6 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.
İsrail ordusu Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı məktəbləri və çadırları tez-tez hədəfə alır.