11 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər -Fotolar

Aprel 16, 2025
Manşet
A A

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixail Kavelaşvili aprelin 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

Avropa.info xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizi prezident vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə uğurlar arzulayıram. Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.

Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.

Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Sonra Gürcüstanın Prezidenti bəyanatla çıxış etdi.

Prezident Mixail Kavelaşvilinin bəyanatı

– Zati-aliləri cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Media nümayəndələri, xanımlar və cənablar.

İlk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi.

Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük.

Əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir.

Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar.

Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir.

Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub.

Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.

Gürcüstanın bəyan etdiyi sülh siyasətini və regionda sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulamaq istərdim. Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək.

Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox.

Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.

Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm.

Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək.

Hörmətli həmkarım, cənab Prezident, səmimi qonaqpərvərliyinizə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qəbul etmək şərəfinə nail olacağam.

Təşəkkür edirəm

8

Əvvəlki Yazı

Gürcüstan Prezidenti: Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik

Növbəti Yazı

Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı – Ölən var

XƏBƏR LENTİ

ABŞ İsrail anbarlarında toz basan Patriot raketlərinin Ukraynaya verilməsini istəyir! – Tel-Əviv niyə imtina edir?

ABŞ İsrail anbarlarında toz basan Patriot raketlərinin Ukraynaya verilməsini istəyir! – Tel-Əviv niyə imtina edir?

11 İyul 2025 / 1:07
11
Soyqırımdan varlanan sadə israillilər deyil, iri şirkətlər və oliqarxiyadır –  Albanese niyə ABŞ-ın qəzəbinə tuş gəldi?

Soyqırımdan varlanan sadə israillilər deyil, iri şirkətlər və oliqarxiyadır – Albanese niyə ABŞ-ın qəzəbinə tuş gəldi?

10 İyul 2025 / 21:16
34
Almaniyada meyiti tapılan Kənan Lənkəranda dəfn edildi 

Almaniyada meyiti tapılan Kənan Lənkəranda dəfn edildi 

10 İyul 2025 / 18:51
31
Avstriya Xarici İşlər Naziri İsrailin Qəzzada konsentrasiya düşərgələri yaratmaq planından narahatdır

Avstriya Xarici İşlər Naziri İsrailin Qəzzada konsentrasiya düşərgələri yaratmaq planından narahatdır

10 İyul 2025 / 18:37
27
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

10 İyul 2025 / 18:29
44
Tramp, savaş və Troya Atı…

Tramp, savaş və Troya Atı…

10 İyul 2025 / 18:21
46
Rusiya: Kiyevdə hərbi müdafiə müəssisələrinə hücumlar həyata keçirdik

Rusiya: Kiyevdə hərbi müdafiə müəssisələrinə hücumlar həyata keçirdik

10 İyul 2025 / 17:10
30
Tramp Putini təhdid edib: “Moskvanı bombalayaram” – Gizli səs yazısı üzə çıxdı!

Trampın sensasion səs yazısı ortaya çıxdı: “Moskvanı bombalayacağam”

10 İyul 2025 / 17:03
28
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi – FOTO

“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi – FOTO

10 İyul 2025 / 16:51
32
Əbu-Dabidə sülh ssenarisi: Politoloq Elxan Şahinoğlu Qafqazda yeni siyasi reallıq haqda

Əbu-Dabidə sülh ssenarisi: Politoloq Elxan Şahinoğlu Qafqazda yeni siyasi reallıq haqda

10 İyul 2025 / 16:45
36
Məğlub olduq, amma… – Öcalan nə dedi, Ərdoğan nə deyəcək?

Məğlub olduq, amma… – Öcalan nə dedi, Ərdoğan nə deyəcək?

10 İyul 2025 / 16:36
79
Atəşkəsdən sonra yeni gərginlik SİQNALI: Çin İranı silahlandırır – ABŞ və İsrailin cavabı nə olacaq?

Atəşkəsdən sonra yeni gərginlik SİQNALI: Çin İranı silahlandırır – ABŞ və İsrailin cavabı nə olacaq?

10 İyul 2025 / 16:35
32
DTX-dən ƏMƏLİYYAT – “Vaqner”də döyüşmüş iki azərbaycanlı həbs edildi

DTX-dən ƏMƏLİYYAT – “Vaqner”də döyüşmüş iki azərbaycanlı həbs edildi

10 İyul 2025 / 16:29
30
Kiyevə göndərilən dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb -Fotolar

Kiyevə göndərilən dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb -Fotolar

10 İyul 2025 / 16:20
23
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı Əbu-Dabi görüşü haqda!

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı Əbu-Dabi görüşü haqda!

10 İyul 2025 / 15:15
49
İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri açıqlandı

İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri açıqlandı

10 İyul 2025 / 14:26
40
Ağdərədə minaya düşən şəxsin sol ayağın topuq nahiyəsindən amputasiya olunacaq- Yenilənib

Ağdərədə minaya düşən şəxsin sol ayağın topuq nahiyəsindən amputasiya olunacaq- Yenilənib

10 İyul 2025 / 13:02
17
Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib

Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib

10 İyul 2025 / 12:26
29
İrəvanda axtarışda olan daşnaklar saxlanildi

İrəvanda axtarışda olan daşnaklar saxlanildi

10 İyul 2025 / 12:15
29
Respublika Uşaq Kitabxanasında “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi çərçivəsində görüş keçirilib

Respublika Uşaq Kitabxanasında “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi çərçivəsində görüş keçirilib

10 İyul 2025 / 12:08
47
Kurenkov Bakıdan Moskvaya əliboş qayıtdı

Kurenkov Bakıdan Moskvaya əliboş qayıtdı

10 İyul 2025 / 10:51
26
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 119-a çatıb

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 119-a çatıb

10 İyul 2025 / 10:42
31
Yevlaxda Qərbi Azərbaycanin irsi ilə bağlı kitabın I cildinin təqdimat mərasimi keçirilib – Fotolar

Yevlaxda Qərbi Azərbaycanin irsi ilə bağlı kitabın I cildinin təqdimat mərasimi keçirilib – Fotolar

10 İyul 2025 / 10:38
37
Instagram və WhatsApp öz istifadəçiləri ilə danışmağa başlayacaq

Instagram və WhatsApp öz istifadəçiləri ilə danışmağa başlayacaq

10 İyul 2025 / 9:02
23
İnkubatorda dörd körpə: Qəzzada yanacaq böhranı kritik həddi keçib

İnkubatorda dörd körpə: Qəzzada yanacaq böhranı kritik həddi keçib

10 İyul 2025 / 8:51
28
Londonda istilər 263 nəfərin həyatına son qoyub

Londonda istilər 263 nəfərin həyatına son qoyub

10 İyul 2025 / 8:39
38
Xaçmazda bərpa olunan enerjiyə keçidin təşviqinə dair maarifləndirici görüş keçirilib

Xaçmazda bərpa olunan enerjiyə keçidin təşviqinə dair maarifləndirici görüş keçirilib

09 İyul 2025 / 21:54
28
Prezident İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü – FOTOLAR

Prezident İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü – FOTOLAR

09 İyul 2025 / 19:53
28
Türkiyəyə S-400 var, bizə yox? – Tehran Moskvaya “od püskürür”!

Türkiyəyə S-400 var, bizə yox? – Tehran Moskvaya “od püskürür”!

09 İyul 2025 / 19:19
45
Tramp Putini təhdid edib: “Moskvanı bombalayaram” – Gizli səs yazısı üzə çıxdı!

Tramp Putini təhdid edib: “Moskvanı bombalayaram” – Gizli səs yazısı üzə çıxdı!

09 İyul 2025 / 18:59
21
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.