Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim.
Avropa.info xəbər verir ki, bu sözləri Gürcüstanın Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Mixail Kavelaşvili bildirib ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub.