İraqın Baş naziri Məhəmməd Sudani mayın 17-də Bağdadda keçiriləcək ərəb liderlərinin görüşündə iştirak etmək üçün Suriyanın Prezidenti Əhməd əş-Şaraya rəsmi dəvət göndərib.
Avropa.info xəbər verir ki, Sudani bu barədə Süleymaniyyə şəhərində çıxışı zamanı deyib.
“Suriya Prezidenti əl-Şaraya Bağdadda keçiriləcək ərəb sammitində iştirak etmək üçün dəvət göndərdim”, – o bildirib.