Yayda Sergey Şoyqu yenidən müdafiə naziri vəzifəsinə qayıtmağı düşünür.
Avropa.info xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.
“Vladimir Putin getdikcə daha çox başa düşür ki, Şoyqunun dövründə nə Kursk, nə də Belqorod vilayətləri olmayacaqdı (Ukraynanın Kursk və Belqorod vilayətlərinə hücumu nəzərdə tutulur – red.). Və biz artıq bütün “dxr”i azad edib cəbhənin digər sahələrində irəliləyəcəydik. Belousovdan narazılıq artır”, – mənbə bildirib.
Başqa bir mənbənin məlumatına görə, yayda müdafiə nazirinin dəyişdirilməsi məsələsi çox aktuallaşacaq:
“May və ya iyunda çox güman ki, ciddi hücuma keçəcəyik. Nazir Belousovun rəhbərliyi altında cəbhədəki irəliləyiş çətin ki, əhəmiyyətli və uğurlu olsun. Ən məntiqli qərar isə Sergey Şoyqunu geri qaytarmaq olardı”.