Birləşmiş Ərəb Əmirlikləri Suriyaya uçuşları bərpa etmək qərarına gəldiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi xəbər agentliyi olan WAM-ın məlumatına görə, iki ölkə arasında uçuşların bərpası üçün birgə koordinasiyanın lazımi addımları atmağa davam etdiyi bildirilib.
Xəbərdə bildirilir ki, BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi BƏƏ ilə Suriya arasında uçuşların bərpa olunacağını açıqlayıb.
Qurumun məlumatına görə, 13 illik fasilədən sonra uçuşların bərpası üçün lazımi prosedurların tamamlanması üçün birgə koordinasiya səyləri davam edir.
Əhməd Şəra Əl Nahyan ilə görüşüb
Suriya prezidenti Əhməd Şaraa dünən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Suriyada Baas rejiminin devrilməsindən sonra Dəməşq Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayıb.
Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi dekabrın 18-də Dəməşq Beynəlxalq Hava Limanından Hələbə ilk yerli uçuşunu həyata keçirib.
Dəməşq Beynəlxalq Hava Limanı yanvarın 7-də beynəlxalq reyslərə açılıb.