26 - 01 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Türkiyə – canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyi – FOTOLAR

Aprel 13, 2025
Dünya, Redaktorun Seçimi
A A

İlin fəsillərindən asılı olmayaraq Türkiyənin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır.

Sanki, Tanrı Türkiyəni bir cənnət olaraq yer üzünə bəxş edib.

Avropa.info xəbər verir ki, Türkiyəyə səyahət edən hər kəs cənnətə düşdüyünü anlayır. Türkiyənin gözəlliyi haqqında yüzlərlə səyyah öz əsərlərində qeydlər aparıblar. Məşhur səyyah Övliya Çələbi öz əsərlərində yazırdı ki, “Bu bölgə (Türkiyə) sanki cənnətdir. Dünyanın çox ərazisini gəzsəm də anladım ki, cənnət yalnız buradır”.

Tək Övliya Çələbi yox, ta qədim zamanlardan üzü bəri Türkiyəyə üz tutan hər bir əcnəbi bu ərazi ilə bağlı o qədər xoş sözlər yazıb ki, bu fikirlər indi də öz aktuallığını qoruyub saxlayır. Hər daşı bir tarix olan Türkiyə dünən olduğu kimi, bu gün də həmin əcnəbi səyyahların nəvə və nəticələrinə sevdirən cənnət sayılacaq bölgələrdən biri Bodrumdur. Qədimliyi və müasirliyi özündə əks etdirən Bodrum bu gün turistlərin ən çox axın etdiyi ərazidir.

Bodrum Türkiyənin Muğla vilayətinin 13 ilçəsindən biridir.

Gözəl təbiəti, dənizlə təması, tarixi abidələrlə zənginliyi Bodruma turizm axının artmasına səbəb olur. Dəniz suyunun şəffa və gözəl olması, yerləşmə zonasının füsunkar olması səbəbindən dübnyanın bütün ölkələrindən turistlərin Bodruma səfər etməsini sürətləndirir. Məhz bu səbəbdəndir ki, Bodrum bu gün Dünya Turizm Agentliyinin siyahısında turist axınına görə öndə gedən bölgələrindən biridir.

Bodrum eyni zamanda beynəlxalq hava limanına yaxındır. Hava limanından Bodruma olan məsafəsi cəmi 35 km-dir. Həmçinin Bodrumda üç böyük marina və böyük sərnişin gəmilərinin yanaşa biləcəyi körpü də mövcuddur.

Olduqca qədim tarixə malik olan Bodrumda çoxsaylı tarixi abidələr var. Halikarnassos’ta M. Ö 484-ci ildə doğan və “Tarixin Atası” kimi tanınan Heredota görə Bodrum Dor’lar tərəfindən qurulmuşdur. Daha sonra Karya və Leleg’ler bu bölgəyə yerləşmişlər. M.Ö.650-ci ildə Megeralılar gələrək şəhəri genişləndirmiş adını da Halikarnassos olaraq dəyişdirmişlər. Bodrum M. Ö 386-ci ildə iranlıların suverenliyinə girmişdir.

Halikarnassos ən parlaq dövrünü M. Ö 353-ci ildə Karya bölgəsinin paytaxtı olduqda yaşamışdır. Dünyanın yeddi möcüzəsindən biri olan mausoleum bu dövrdə Kral Mausolosun xatirəsinə bacısı və eyni zamanda arvadı olan Artemisia tərəfindən inşa edilmişdir.

Bodrum M. Ö 192 romalılar tərəfindən işğal edilir. Ancaq romalılar öz mədəniyyətlərini bu şəhərdə əxs etdirə bilməyib. M.S. 395-ci ildə Bizaslıların, M.S. XI əsrdə osmanlıların himayəsinə keçib. I. Səlib döyüşlərində Bizanslıların, XIV. əsrdə təkrar Türklərin əlinə keçmişdir. 1415-ci ildə Rodos Cəngavərlərinin əlinə keçmişdir. 1522-ci ildə Qanuni Sultan Süleyman dövründə təkrar Osmanlı İmperatorluğuna ərazisinə daxil edilib.

Bodrum Qalası

Bodrum Qalası iki liman arasında, üç tərəfi dənizlərlə əhatəli qayalıq bir yarımada üzərində inşa edilib. Şimali cəhətdən quruya bağlıdır. Qala ğlçüləri 180 x 185 metr əhatə edir. Ən yüksək yeri dəniz səviyyəsindən 47,50 metr yüksəklikdəki Fransız Qülləsidir. Bu qüllədən başqa İngilis, İtalyan, Alman qüllələri ilə Yılanlı qüllə olmaq üzrə dörd qüllə daha var. Qalanın şərq divarı xaricində qalan hissələri, cüt bədən divarı ilə bərkidilib.

Bodrum qalasının divarlarında 249 gerb var. Bundan başqa 16 gerb də muzey bağçasında sərgilənir. Fransız qülləsinin şimal-şərq üst küncündəki bayraq üzərində, şərq divarı, seyirdim yolunun Fransız qülləsinə baxan tərəfində, Sen Katerin kabartmasında rəng izlərinə rast gəlinməkdədir.

Mavzoley

Dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilən Mausoleum’un inşasına Karya Satrabı Mavsolos vaxtında (təxmini M.Ö.355) başlanmış onun ölümündən sonra həyat yoldaşı olan Artemissia inşasını davam etdirmişdir.

Bu əsər İon nizamında 36 sütunun bəzədiyi orijinalı 46 metr yüksəkliyində olan və təpəsində bir zəfər tagı olan 21 pilləli bir piramidanın taclandırdığı nəhəng bir abidə məzardır. M.S. 13-ci əsrə qədər qorunan antik məzar əvvəl bir zəlzələ nəticəsində dağılsa da, daha sonra bu daşları Bodrum Qalasının inşasında istifadə edilib. Bundan başqa bu məzara aid bir çox qabartma və heykəllər 1856-ci ildə İngilis Arxeoloq C. Nyuton tərəfindən Britaniya Muzeyinə aparılıb. Buna görə bu anıta aid əsərlərin çoxu British Museumda, ancaq çox az bir qisimi Bodrumda sərgilənir.

Antik Teatr

Helen dövründən günümüzə gələn əhəmiyyətli tarixi abidələrdən biridir. 3 əsas hissədən ibarətdir. Bunlar Səhnə, Orkestra və Oturma yeridir. Bina uzun düzbucaqlı bir quruluşdur. Hər iki ucda oyunçuların girəcəyi bir qapı vardır. Bunlardan başqa 3 əsas giriş qapısı var. 1973-ci ildə edilən qazıntılardan sonra açıq hava muzeyi olaraq qorunur.

Bodrumda ən çox sevilən tarixi abidələrdən biri də Mindos Qapısıdır.

Halikarnassosun iki giriş qapısından biri olan Mindos Qapısı Bodrumun Qərb tarafındadır. Bu gün ancaq bu qapının qalıqları qalıb. Tarixi araşdırmalara görə Böyük İskəndər şəhəri mühasirəyə alarkən M.Ö.333-ci ildə bu qapıdan daxil olub. Tarixçilər qeyd edir ki, İsgəndər çox çətin bir müqavimətdən sonra şəhəri fəth etmiş və mausoleum xaric bütün şəhəri məhv edir. Tarixi abidələr və müasir otellərlə zəngin olan Bodrum turistlərin ən sevimli məkanıdır. Bütn ölkələrdən bu şəhəri ziyarətə gələnlər var. Bodrumdakı müasir otellərin çoxluğu onu deməyə əsas verir ki, bu şəhər bir neçə ildən sonra regionun turizm mərkəzi olacaq. Daha bir maraqlı məqam isə sosial şəbələrdə Bodrum haqqında olan müzakirələrdir. Qısa araşdırmamadan sonra bu qənaətə gəldim ki, turistlər Bodrumu nağıl şəhər olaraq qeyd edirlər.



Əvvəlki Yazı

Hava yenidən korlanacaq: güclü külək, leysan…

Növbəti Yazı

Azərbaycanda siqaretlər BAHALAŞDI

XƏBƏR LENTİ

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
38
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
139
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
40
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
34
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları “İranda xalq üsyanı və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

11 Yanvar 2026 / 20:37
37
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

08 Yanvar 2026 / 17:22
33
Qalib xalq və müasir azərbaycanlı kimliyi

Qalib xalq və müasir azərbaycanlı kimliyi

06 Yanvar 2026 / 16:08
9
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

30 Dekabr 2025 / 9:42
8
Respublika Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov – 95” adlı elektron baza yaradılıb

Respublika Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov – 95” adlı elektron baza yaradılıb

29 Dekabr 2025 / 19:25
29
Prezident Kitabxanasında Mirzə Qədim İrəvani yaradıcılığı müzakirə olunub – FOTO

Prezident Kitabxanasında Mirzə Qədim İrəvani yaradıcılığı müzakirə olunub – FOTO

28 Dekabr 2025 / 17:37
46
Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

26 Dekabr 2025 / 16:36
7
Rəşad Nuri Güntəkinin “Dəyirman” romanı yenidən nəşr olundu – FOTO

Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən yayınlandı – FOTO

25 Dekabr 2025 / 21:58
6
“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

25 Dekabr 2025 / 13:31
40
Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25 Dekabr 2025 / 13:23
36
Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

24 Dekabr 2025 / 20:46
30
Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

24 Dekabr 2025 / 18:37
47
Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

24 Dekabr 2025 / 18:30
27
Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

Tarix yazan LİDER

24 Dekabr 2025 / 10:18
37
Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23 Dekabr 2025 / 16:24
10
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23 Dekabr 2025 / 16:11
5
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22 Dekabr 2025 / 17:23
6
Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Dekabr 2025 / 22:16
40
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

19 Dekabr 2025 / 17:15
7
“Qardaşlığımız Əbədidir” – Azərbaycan  və KKTC-ni birləşdirən rənglər

“Qardaşlığımız Əbədidir” – Azərbaycan və KKTC-ni birləşdirən rənglər

18 Dekabr 2025 / 19:41
162
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

18 Dekabr 2025 / 15:39
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.